Modern.az

İsa Qəmbər prezidentliyə namizəd olacaq

İsa Qəmbər prezidentliyə namizəd olacaq

26 Yanvar 2012, 12:05

Tofiq Yaqublu: “Məsələ qurultayın gündəliyinə salınacaq”

“İsa Qəmbər növbəti qurultayda başqanlıqdan getsə də, onun 2013-cü il seçkiləri üçün prezidentliyə namizədliyi irəli sürüləcək”. Bu sözləri Modern.az saytına Müsavat başqanının müavini Tofiq Yaqublu deyib.

Onun sözlərinə görə, bununla bağlı məsələ mart ayının əvvəllərində keçirilməsi nəzərdə tutulan qyrultayın gündəliyinə də salınacaq: “Doğrudur, hələ ki qurultayın gündəliyi tam bəlli deyil. Amma partiyadaxili müzakirələrdə bu məsələyə xüsusi önəm verilir. Partiya üzvlərinin də böyük əksəriyyəti İsa Qəmbərin başqanlıqdan getməsinə baxmayaraq, 2013-cü il seçkilərində prezidentliyə namizədliyinin irəli sürülməsinin tərəfdarıdır”.

Tofiq Yaqublu məhz bu səbəbdən qurultayın gündəliyində İsa Qəmbərin prezidentliyə namizədliyinin irəli sürülməsi ilə bağlı məsələnin də olacağını istisna etmir: “Biz əgər İsa bəyin namizəd olmasını istəyiriksə, məsələ mütləq qurultay səviyyəsində həllini tapmalıdır”.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər