Havanın qarlı-şaxtalı keçməsinə, çovğunla müşayiət olunmasına baxmayaraq Təhsil Nazirliyi orta məktəblərdə dərslərin növbəti dəfə dayandırlması barədə hələlik qərar qəbul etməyib.
Bu barədə Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə bildirib.
Onun sözlərinə görə, nazirlik dərsə uzaq məsafələrdən gələn şagirdlərə hava şəraiti ilə əlaqədar məktəbə getməməyi tövsiyyə edib.
Eyni zamanda istilik sistemi ilə təchiz olunmayan ümumtəhsil məktəblərində də dərslərin dayandırılması tövsiyyə olunub..
Modern.az