Modern.az

Bakıda daha 2 nəfər donvurmadan öldü

Bakıda daha 2 nəfər donvurmadan öldü

9 Fevral 2012, 12:24

Dünən müşahidə olunan güclü şaxta nəticəsində paytaxtda iki nəfər donvurma nəticəsində ölüb.

Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən bildirilib. Belə ki, fevralın 8-də Qaradağ rayonunun Sahil qəsəbəsindən koma halında 50-55 yaşlı kişi donvurma ilə xəstəxanaya gətirilib və orada ölüb.

Eyni zamanda həmin gün saat 10.00 radələrində Bakının Nizami rayonu ərazisində üzərində zorakılıq əlamətləri görünməyən 40-45 yaşlı kişinin don vurmuş meyiti tapılıb.

Xatırladaq ki, kəskin hava şəraiti ilə əlaqədar fevralın 2-də də Bakıda donvurma hadisələri qeydə alınmışdı. Belə ki, həmin vaxt paytaxtda küçələrdə gecələyən 3 nəfər “bomj” donvuma ilə xəstəxanaya yerləşdirilmiş, 45-50 yaşlarında bir kişi isə ölmüşdü.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər