Modern.az

Hansı bank əmanətçiyə yüksək faizli dividend verir?

Hansı bank əmanətçiyə yüksək faizli dividend verir?

14 Fevral 2012, 16:48

Son illər Azərbaycanda fəaliyyət göstərən bankların sayı artıb. İndi öz əmanətini bankda yerləşdirmək istəyən vətəndaşın seçim imkanı genişdir. Ölkədə 40-dan çox bank öz xidmətlərini təklif edir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, əhalinin banklardakı əmanətlərinin həcmi 2011-ci ilin sonuna 3,8 milyard manat təşkil edib.

Azərbaycanda pulu olan şəxslər onu əmanət şəklində banka qoymaq istəyirsə, təbii ki, ilk növbədə yüksək faizlə dividend verən bankı arayır. Maraqlıdır, hazırda hansı bank əmanətçiyə neçə faizlə dvidend verir?
Modern.az saytı bir sıra bankların müştərilərinə verdiyi dividendlərin faiz dərəcəsini araşdırıb.

“Muğanbank”dan bildiriblər ki, maksimal 2 illik (24ay) müddətə yatırılan əmanətə hər il üçün 12% dividend verilir. Aylıq göstəriciyə gəldikdə isə 1 aydan yuxarı yatırılan əmanətə 2% verilir, müqavilə vaxtından tez pozularsa bu, 1 faizə düşür.

“DəmirBank”dan bildiriblər ki, 3 illik (36 ay) müddətə əmanət yerləşdirən şəxsə maksimal hər il üçün 14% dividend verilir. Bir illik (12 ay) müddətə isə 12% verilir.

“Əmrahbank”dan sualımıza cavab olaraq qeyd ediblər ki, bu maliyyə müəssisəsinə pulu əmanət kimi qoyduğunuz vaxt nə qədər çox olarsa, qazancınız da bir o qədər yüksək olacaq. Hazırda müştərilərdən üç növ əmanət  növü qəbul olunur.
1.Təməl əmanəti-pullarını bir il və ya daha uzun müddət üçün banka yerləşdirə biləcək müştərilərə nəzərdə tutulub. Əmanətin müddəti 12, 18,  24 ay və yaxud daha çoxdur. Dividendin faiz dərəcəsi əmanətin müddətindən asılı olaraq, illik 12,4 %-dən 13%-ə qədər təşkil edir.
2.Fleks əmanəti. Əmanətin müddəti 3, 6, 9 və 12 ay (hesablanan faizlər yalnız müddətin sonunda ödənilir). Faiz dərəcəsi əmanətin müddətindən asılı olaraq, illik 3%-dən illik 12 %-ə qədər.
3.Daxıl əmanəti-müştərilərə əmanət hesablarına əlavə vəsait daxil etmək imkanı verir. Əmanətin müddəti 12, 18 və  24 aydır. Faiz dərəcəsi 12 ay- 12%, 18 ay- 12,5 %, 24 ay- 13% .

Azərbaycan Beynəlxalq Bankından bildiriblər ki, maksimum 5 illik (60 ay) müddətə yatırılan əmanətə 12.4 % dividend verilir. Yatırılan əmanətə görə verilən dividend müddətdən asılı olaraq minimum 7.4 %  təşkil edir.

“Bank of Baku”dan deyiblər ki, korporativ əmanət 2 aydan 36 ayadək müddətə qoyula bilər. Hər aya uyğun olaraq fazilər dəyişilir. Müddətin sonunda götürüldükdə dividend 10.73%-lə verilir. “Dinamik” əmanətin müddəti 1 aydan 60 ayadəkdir. Faizlərin ödənilməsi aylıq və müddətin sonunda olur. İllik faiz  dərəcəsi 1-16% təşkil edir. “Çevik” əmanət 18 aya yatırıla  bilər. Faizlərin ödənilməsi əmanət çıxarılarkən və ya müddətin sonunda (əmanət 2 aydan tez çıxarılarsa heç bir faiz ödənilmir) gerçəkləşir.

“Kapital Bank”dan bildiriblər ki, “VİP” əmanəti üçün 1 illik (12 ay) 7.5%, 2 illik (24ay) 8.5% , 3 illik (36 ay) 9.5% faiz dərəcələrilə dividend verilir. “Müddətli seçim” əmanətinin müddəti 10 ildir. Faizlər müddətin sonunda ödənilir. İlin sonunda 17%. “Uşaq yığımı” əmanəti 16 yaşadək uşaqlar üçün açılır. Əmanətin müddətinə görə dividend 12 ay üçün 6%, 24 ay üçün 7%, 36 ay üçün 8% təşkil edir. “Pensiyaçı” əmanəti 6 ay və 12 ay müddətinə qəbul olunur. 6 aya 3%, 12 aya 6% dividend verilir. “Müddətsiz” əmanət 12 ay müddətinə qəbul edilir  və hər ay üçün 2% odənilir.

“Unibank”dan bildiriblər ki, maksimal 2 illik (24 ay) müddətinə qoyulan əmanətə 13% dividend verilir. “Müddətli” əmanət 3 aydan 12 ayadək yatırıla bilər. 3 ay üçün 5%, 6 ay üçün 6.5 %, 12 ay üçün 7.5 % dividend verilir. “Proqressiv” əmanət 12 aya qədər yatırılır. 3 aya qədər 3.5%, 3 aydan 6 aya qədər 4.5%, 6 aydan 9 aya qədər 6%, 9 aydan 12 aya qədər 6.5%, 12 ay üçün isə 7% dividend ödənilir.

Anar Kəlbiyev

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər