Modern.az

Niyə Rusiya, niyə İran?

Niyə Rusiya, niyə İran?

15 Fevral 2012, 16:21

Suriya ətrafında cərəyan edən hadisələrə, bir hakimiyyət manyakının öz səltənətini əldə saxlamaq üçün bir xalqı gülləbaran etməsinə dünya dövlətləri arasında ikili münasibət var. Əslində, bu bir-birinə əks olan münasibətlərin sanbalı eyni deyil.

Dünya ölkələrinin mütləq əksəriyyəti Suriyada baş verən xalq qətliamını lənətləyir, insanlıq dramının bir an gecikmədən dayandırılmasını tələb edir. Rusiya və İran kimi az sayda ölkə isə Bəşər Əsədin nəyin bahasına olur-olsun, hakimiyyətini qoruyub saxlamasına çalışır.

Yenə də Rusiya, yenə də İran. Bu iki ifadə o qədər qoşa çəkilib ki, xüsusən biz azərbaycanlıların qan yaddaşına elə həkk olunub ki, onlardan birinin adını dilimizə gətirəndə, digərinin də adını içimizdə xatırlayırıq. Bizim yaddaşımızda "Rusiya" və "İran" sinonim sözlərdi.

Biz onları 200 ildir ki, qoşa görür, qoşa duyuruq.

Azərbaycan adlı bir məmləkətin və xalqın iki hissəyə bölünməsinə imza atıblar onlar. Bir milləti assimilyasiya etmək, mədəniyyətini yer üzündən silmək, işıqlı insanlarını məhv etmək üçün əllərindən gələni ediblər bu şər uzantıları.

Həmin imzaların faciəsini bu gün də yaşayır Azərbaycan.

Keçən əsrin sonunda başlayan Qarabağ qovğasında yenə də qoşa gördük Rusiya və İranı. Bu gün tək Azərbaycanda yox, dünyada da dərk edirlər ki, əslində Azərbaycan torpaqlarını işğalda saxlayan Ermənistan yox, Rusiyadır.

İran isə Ermənistanın (Rusiyanın) Azərbaycan torpaqlarını daha bir müddət işğalda saxlaya bilməsi, bir ölkə olaraq məhv olmaması üçün dəridən-qabıqdan çıxır. Öz vətəndaşına tanımadığı üstünlükləri Ermənistana, ermənilərə tanıyır.

Hazırda Suriya probleminə münasibətdə yenə qoşa addımlayır Rusiya ilə İran. Bu rəzil mənzərəni görəndə düşünürsən, niyə bütün pisliklərin, antihumanizmin, vəhşətin, antidemokratiyanın, diktaturaların, avtoritarizmin, totalitarizmin yanında Rusiya var, İran var?

Axı, nə zamanadək bu Şeytan qullarının ətrafındakı ölkələr okeanın o tayına "xilaskar mələk" kimi baxacaqlar?

Əslində, Amerikaya dünyada olan az-çox rəğbət onun öz əməyinin nəticəsi deyil, Rusiya və İran kimi dövlətlərin ənənəvi zülmə dəstək siyasətləridir...

P.S. Bu günlərdə Azərbaycan Respublikasına diplomatik tərzdə şər atıldı. Yenə də İran...

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər