Modern.az

Misir Mərdanov orta məktəblərdə təhsilin 12 il olacağından danışıb

Misir Mərdanov orta məktəblərdə təhsilin 12 il olacağından danışıb

16 Fevral 2012, 11:49

Təhsil naziri Misir Mərdanov Azərbaycanda 12 illik təhsil sisteminə keçidlə bağlı maraqlı açıqlama verib.

Nazir bildirib ki, “Azərbaycanda “Təhsil haqqında” qanun hazırlanarkən ciddi səylə çalışıblar ki, 12 illik təhsilə keçilsin: “Təəssüf ki, o zaman bu baş vermədi. Lakin indi hamı görür ki, dünyanın 90 faiz ölkələrində 12 illik təhsil sistemi tətbiq olunur. Bunun tətbiqindən sonra dünya təhsil sisteminə inteqrasiya istiqamətində iş gedəcək.
Məsələn, bu gün Azərbaycanda tam orta təhsilin müddəti 11, Gürcüstanda isə 12 ildir. Bununla bağlı orada yaşayan azərbaycanlıların problemi ortaya çıxır”.

Misir Mərdanov deyib ki, 12 illik təhsilə keçiddən sonra ümumi orta təhsilin məzmununa dəyişiklik ediləcək: “10 illik təhsil məcburi olacaq, sonrakı 2 il isə ali məktəbə qəbul olunmaq istəyənlər üçün nəzərdə tutulacaq. Bununla  ölkədə repetitor problemi həll ediləcək”.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər