Bir qədər öncə metronun “Gənclik” stansiyasının çıxışındakı Qələbə meydanında yeraltı tunel və keçid tikintisi həyata keçirən “Akkord” şirkətinə məxsus böyük qaldırıcı kran aşıb.
Modern.az saytının hadisə yerində olan əməkdaşı xəbər verir ki, kranın aşması Gənclik” stansiyası həndəvərindəki yollarda nəqliyyatın hərəkətini iflic edib, nəticədə böyük tıxac yaranıb. Hadisə yerini polis əməkdaşları əhatəyə alıblar.
Hazırda aşmış kranın düzəldilməsi üçün tədbirlər görülür. Hadisə nəticəsində yaralananların olduğu bildirilir, amma bu məlumatı dəqiqləşdirə bilməmişik.
***
Artlıq ərazidə yollar açılıb. “Akkord” şirkətinə məxsus kranın aşması yaxınlıqda olan “KamAZ” markalı yük maşının əzilməsinə səbəb olub. Nərimanov rayon Polis İdarəsindən hadisə zamanı xəsarət alanın olmadığı bildirilib.
Modern.az