Modern.az

Xocalı soyqırımı ərəfəsində rəzillik - Güney Azərbaycanda ermənilər konsert verirlər

Xocalı soyqırımı ərəfəsində rəzillik - Güney Azərbaycanda ermənilər konsert verirlər

Ölkə

23 Fevral 2012, 21:36

Xocalı soyqırımının 20-ci ildönümü ərəfəsində Güney Azərbaycanın mərkəzi Təbriz şəhərində ermənilərin 3 günlük konserti təşkil olunub
Modern.az saytının xəbərinə görə, Güney Azərbaycanın siyasi mərkəzi olan Təbriz şəhərində təşkil olunan konsertdə əsasən Ermənistandan olan muğənnilər çıxış edirlər.
İran rejimi və Şərqi Azərbaycan vilayətinin rəhbərliyi bu addımı bilərəkdən məhz Xocalı soyqırımı və Ümumdünya Ana Dili Günü ərəfəsinə Azərbaycan türklərinə qarşı həyata keçirir. Fars rejiminin Azərbaycanın mərkəzində və məhz Xocalı soyqırımı ərəfəsində erməni musiqisindən ibarət konsert təşkil etməsinə rəzillikdən başqa ad vermək olmaz.
Ermənistanlı muğənnilər Təbrizin “Petroşimi” salonunda 3 gün müddətinə (fevralın 22, 23 və 24-ü) konsert verirlər.

Modern.az

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər