Modern.az

Prezident Arzu Rəhimova general-leytenant rütbəsi verdi

Prezident Arzu Rəhimova general-leytenant rütbəsi verdi

1 Mart 2012, 19:22

Prezident İlham Əliyev yeni yaradılan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimova general-leytenant hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.

Arzu Rəhimov 2004-cü ildən 2006-cı ilədək Sərhəd Qoşunları Baş Qərargahı rəisinin 1-ci müavini vəzifəsini tutub. 2006-cı ildə Dövlət Sərhəd Xidməti rəisinin 1-ci müavini – Sərhəd Qoşunları Baş Qərargahı rəisi vəzifəsinə təyin edilib.

2004-cü ildə general-mayor ali hərbi rütbəsinə layiq görülüb.

2007-ci il aprelin 30-da Dövlət Miqrasiya Xidmətinin rəisi vəzifəsinə təyin edilib. 2012-ci il fevralın 13-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi təyin edilib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər