Modern.az

Siyavuş Novruzov Qubadakı hadisələrdə iştirak edən YAP-çılardan danışdı

Siyavuş Novruzov Qubadakı hadisələrdə iştirak edən YAP-çılardan danışdı

5 Mart 2012, 16:31

Hakim Yeni Azərbaycan Partiyası (YAP) icra Katibinin müavini, milllət vəkili Siyavuş Novruzov Qubada ötən həftə baş verən hadisələrə münasibət bildirib. Siyavuş Novruzov Modern.az-a bildirib ki, Qubada baş verən olaylar deyildiyi kimi, heç də üsyan deyil:

“Mən hesab edirəm ki, hər bir vətəndaşın öz fikrini ifadə etmək azadlığı var. Amma bütün bunlar qanuni çərçivədə olmalıdır. Qubada baş verən olaylara gəlincə isə, mən bunu üsyan adlandırmıram. Bu, baş vermiş bir hadisədir və bu hadisəyə də hüquqi qiymət veriləcəkdir”.

Millət vəkili Qubada sabiq icra başçısı əleyhinə keçirilən kütləvi etiraz aksiyasında YAP üzvlərinin iştirakı ilə bağlı məsəyəyə toxunaraq qeyd edib ki, partiya üzvülüyündən olmayaraq hər kəs qanun qarşısında məsuliyyət daşıyır.

”Etirazlar etmək olar, amma bu etirazlar qanuni formada olmalıdır. Əlbəttə, partiya mənsubiyyətindən aslı olmayaraq, hər kəs qanun qarşısında məsuliyyət daşıyır və hüquq mühafizə orqanları orda baş verən hadisələrə hüquqi qiymət verəcəklər”.

Qeyd edək ki, martın 1-də  Qubada rayon İcra Hakimiyyəti qarşısında etiraz aksiyası keçirilib. İcazəsiz mitinq keçirənlər icra başçısı Rauf Həbibovun bu günlərdə etdiyi çıxışında yerli sakinləri təhqir etməsini əsas gətirərək onun istefa verməsini istəyiblər. Nəticədə baş verən xoşagəlməz hadisələrdən sonra Quba Rayon İcra Hakimiyyətinin başçısı Rauf Həbibov istefa verib.

Türkel

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər