Modern.az

Komitə sədri Bakıdakı sənədsiz evlərdən danışdı

Komitə sədri Bakıdakı sənədsiz evlərdən danışdı

16 Mart 2012, 13:59

Sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı qanun layihəsi hazırlanıb. Modern.az saytı xəbər verir ki, bu barədə jurnalistlərə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (DTXK) sədri Qərib Məmmədov məlumat verib. Komitə sədri bildirib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) sənədsiz evlərin qeydiyyatı ilə bağlı qanun layihəsinin hazırlanması üçün müvafiq qurumlarla, o cümlədən DTXK  ilə birlikdə iş görür.
”Biz də həmin  Qanun layihəsi hazırlayaraq müvafiq quruma təqdim etmişik”.

2011-ci ilin əvvəlində Prezident İlham Əliyev Bakı şəhərindəki sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı aidiyyati qurumlara tapşırıq verib. Prezidentin məlum tapşırığından bir il keçir.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım