Elnur Qəhrəman oğlu Kələntərov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri vəzifəsinə təyin edilib. Bu arədə Modern.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Elnur Kələntərov 1997-2004-cü illər ərzində “Space” Müstəqil Teleradio Şirkətinin “İdman proqramları” departamentində müxbir-şərhçi, 2004-2008-cı illər “İmprotex” Şirkətlər Qrupunun Reklam və İctimaiyyətlə əlaqələr üzrə menecer vəzifəsində çalışıb.
2008-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Ümumi şöbəsində baş məsləhətçi-mətbuat katibi, daha sonra İctimaiyyətlə əlaqələr sektorunda müdir vəzifəsini tutub.
2010-cu ilin dekabr ayından nazirliyin Aparat rəhbərinin müavini vəzifəsində çalışıb.
2012-ci ilin mart ayının 16-dan isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri vəzifəsinə təyin edilib.
Modern.az