Modern.az

İranın Azərbaycana təzyiqinin sirri bəlli oldu

İranın Azərbaycana təzyiqinin sirri bəlli oldu

18 Mart 2012, 19:48

Azərbaycan “Transxəzər” qaz kəmərini imzalamağa hazırlaşır

Rusiya və İran türkmən qazını Avropaya çıxaran kəmərə qarşıdırlar: Xəzərin “statusu böhranı” başlana bilər

Türkmənistan qazını Azərbaycan ərazisindən nəql edəcək “Transxəzər” qaz kəmərilə bağlı çərçivə sazişinin layihəsi razılaşdırılıb. Modern.az bildirir ki, bu sensasiyalı xəbəri Türkəminstanın dövlət İnformasiya Agentliyi  yayıb.

“Bu ayın əvvəlində Brüsseldə Avropa Birliyi, Azərbaycan və Türkmənistanın işçi qrupları “Transxəzər” qaz kəmərilə bağlı çərçivə sazişinin layihəsini müzakirə edib. Hazırda enerji daşıcılarının Avropaya nəqlinin təşkil edilməsi üçün daha bir perspektivli istiqamətin imkanlarına baxılır. Bu aspektdə “Transqafqaz” qaz kəmərinin tikintisi üçün fəal müzakirələr aparılır”-deyə xəbərdə bildirilir.
  
Həmçinin məlumat verilir ki, bu günlərdə Berlində “Türkmənistan-Avropa”: əməkdaşlıq perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib. Burada  Exxonmobil, Eni, CNPS, Petronas, Burried Hill, RWE Dea AG, Wintershall Holding GmbH, İТЕRA şirkətinin nümayəndələri, Avropa Komissiyası, ABŞ Dövlət Departamenti işitrak edib. Konfransda “Türkmənistanın enerji ehtiyatlarının dünya bazarına çıxarılması və bu sahəyə invesitisiya qoyuluşu müzakirə edilib. Tədbirə Türkmənistanın neft-qaz sahəsinin rəhbərləri də qatılıb.

Qeyd edək ki, 2011-ci ilin sentyabrında Avropa Birliyi Xəzər qazının Avropaya daşınması ilə bağlı Azərbaycan və Türkmənistanla danışıqların aparılması üçün Avropa Komissiyasına mandat verib. Ötən ilin oktyabr və noyabrında tərəflər iki raundda görüşlər keçirib. Sənaye və energetika naziri Natiq Əliyevin açıqlamalarına görə, bu il Bakı, Aşqabad və AB “Cənub qaz dəhlizi”ni dəstəkləyən siyasi sənədi, o cümlədən “Transxəzər” qaz kəməri barədə hökumətlərarası sazişi  imzalamağı planlaşdırır.      

Adıçəkilən layihə Xəzər dənizinin dibi ilə Azərbaycana kəmərin çəkilişini nəzərdə tutur. Bu kəmərlə Azərbaycan və Türkiyədən keçməklə türkmən qazı Avropaya çıxarılacaq. İran və Rusiya qətiyyətlə bu kəmərin əleyhinə çıxır. Bu dövlətlər Xəzərin hüquqi statusunun müəyyən edilmədiyini əsas gətirərək kəmərə etiraz edirlər.

Xaqani SƏFƏROĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi