Modern.az

Regionların “kiçik padşahları” – icra başçıları – VIII

Regionların “kiçik padşahları” – icra başçıları – VIII

31 Mart 2012, 17:00

Azərbaycanda regionların “kiçik padşahları” adlandırılan rayon İcra hakimiyyətləri başçılarının fəaliyyəti bir sıra hallarda ölkə rəhbərliyi tərəfindən də tənqidlərə məruz qalır.

Çünki Prezidentin etimadından sui-istifadə edən bəzi icra başçıları bir çox hallarda onlara etibar olunan vəzifədən öz şəxsi maraqları naminə yararlanır, qohum-əqrəbalarını başına toplayır, rüşvət yığmaqla məşğul olur, sadə vətəndaşları incitməkdən çəkinmirlər.

Son vaxtlar yuxarı instansiyalara ünvanlanan şikayətlərdə icra başçılarının adları tez-tez hallandırılır. Elə martın 1-də Quba rayonunda İcra Hakimiyyəti başçısının istefası ilə nəticələnən kütləvi etiraz aksiyası da sakinlərin regiondakı məmur özbaşınalığıa qarşı bir çıxışı idi..

Maraqlıdır, Azərbaycanda rayonların icra başçıları kimdirlər, hansı rayonun icra başçısı əslən işlədiyi bölgədən deyil, orada doğulmayıb?
Modern.az-ın əməkdaşı rayon İcra Hakimiyyəti başçılarının tərcümeyi-hallarını araşdırmağa çalışıb. Ötən günlərdə 35 rayon və şəhərin İcra Hakimiyyəti başçısının tərcümeyi-halını, harada doğulduqlarını diqqətinizə çatdırmışdıq. 

Beləliklə, daha 5 rayonun icra başçısı ilə bağlı təqdimata baxaq. Şərhsiz, filansız...

Vilyam Hacıyevin vəzifə pillələri

Samux rayonu İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev.
Vilyam Fəhralı oğlu Hacıyev 10 avqust 1957-ci il tarixdə Xanlar şəhərində anadan olub. 1979-ci ildə Orenburq Vilayətinin Buquruslan Mülki Aviasiya məktəbini, 1991-ci ildə Azərbaycan Texnologiya Universitetini bitirib. 1980-ci ilin aprel ayından 1981-ci ilin iyul ayına kimi Yevlax Aviasiya Müəssisəsində təyyarəçi, 1981-ci ilin avqust ayından 1990-cı ilin fevral ayına kimi Gəncə Hava Limanın dispetçer növbətçisi, 1991-ci ilin may ayından 1998-ci ilin fevral ayınadək Gəncə Hava Yolları Agentliyinin rəisi, 23 fevral 1999-cu il tarixdən Gəncə şəhəri, Nizami rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq və müdafiə məsələləri şöbəsinin məsləhətçisi işləyib. Sonra daha yüksək vəzifəyə irəli çəkilib. Belə ki, 2 aprel 2002-ci il tarixdən 26 mart 2004-cü il tarixə kimi Nizami rayon İcra Hakimiyyəti başçısının müavini təyin olunub. V.Hacıyevin karyerasında vəzifə yüksəlişi davam edib. O, 26 mart 2004-cü il tarixdən 7 fevral 2006-ci il tarixə kimi Xanlar (indiki Göygöl) rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.
1996-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
V.Hacıyev 7 fevral 2006-ci ildən Samux rayonu İcra Hakimiyyəti başçısı vəzifəsində çalışır. 6 ildir eyni rayona rəhbərlik edən V.Hacıyevin fəaliyyəti haqda birmənalı fikirlər yoxdur. Daha doğrusunu samuxlulardan soruşmaq lazımdır...

Sabirabada göyçaylı rəhbərlik edir

Sabirabad rayonu İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov
bu aran rayonundan deyil. Nazim Mehdi oğlu İsmayılov 24 iyul 1952-ci ildə Göyçay rayonu Kürdşaban kəndində anadan olub. 1974-cü ildə Azərbaycan Neft və Kimya İnstitutunun, istilik energetik mühəndisi fakültəsini bitirib. 1991-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda politoloq fakültəsi üzrə ali təhsilini başa vurub. 1983-1985, 1988-1990, 1992-1994 –cü illərdə Göyçay rayon Xalq Deputatları Sovetinin (XDS) deputatı olub.
31.05.1994 - 19.04.2001-ci illərdə Göyçay rayonu İcra Hakimiyyəti başçısının müavini, 19.04.2001 - 07.07.2006-ci illərdə Göyçay rayonu İcra Hakimiyyəti başçısı vəsifəsində çalışıb.
Sinradan iş yeri dəyişdirilən N.İsmayılov 07.07.2006 - 21.04.2011-ci il aealığında Şamaxı rayonu İcra Hakimiyyətinin başçısı postunu tutub.
Prezident İlham Əliyevin 21 aprel 2011-c il sərancamına əsasən, Nazim İsmayılov Şamaxı rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Elə həmin gün onun Sabirabad rayonu İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında da sərəncam imzalanıb.
Sabirabad rayonu İcra Hakimiyyətinin məlumatına görə, icra başçısı hər  həftənin I günü saat 10:00-da vətəndaşlar üçün qəbul günü keçirir. Qəbula gələnləri danışdırmaq lazımdır...

Balıq zavodunun direktoru indi icra başçısıdır

Salyan rayonu İcra Hakimiyyətinin başçısı Tahir Kərimov bu bölgədən çox uzaqlarda doğulub. Tahir Abuzər oğlu Kərimov 1961-ci ildə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda anadan olub. Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnistitutunu bitirib. 17.01.1979-18.10.1979-cu illərdə Azərbaycan SSR Mənzil Kommunal Nazirliyinin Mənzil Kommunal kontorunda əmtəəşünas vəzifəsində çalışıb. 31.10. 1979 -22. 11. 1981-ci illərdə hərbi xidmətdə olub. 22. 11. 1981 – 17. 09. 1989-cu illərdə Azərbaycan Respublikası Mənzil Kommunal Nazirliyinin mənzil Kommunal kontorunda fəhlə, 3-cü dərəcəli çilingər, əmtəəşünas, iqtisadçı, şöbə rəisi, mühasib, baş mühasib vəzifələrində işləyib. 17. 09. 1989 – 22. 08. 1991-ci illərdə Sənaye Tikinti Birliyində baş mühasib vəzifəsində çalışıb. 12. 09. 1991 – 22. 08. 1995-ci illərdə «Ümid» İstehsalat Assosiasiyasının Prezidenti olub. 22. 08. 1995 – 29. 03. 2001-ci illərdə H. Z. Tağıyev adına Balıqhisləmə zavodunun direktoru vəzifəsində çalışıb. 03. 04. 2001 – 30.12. 2002-ci illərdə «Caspian Fish» LTD şirkətinin baş direktoru vəzifəsində işləyib. 01. 01. 2003-16. 02. 2006-cı illərdə H. Z. Tağıyev adına Balıqhisləmə zavodunda direktor və idarə heyətinin sədri vəzifələrini icra edib. 6. 02. 2006 – 18. 02. 2011-ci illərdə Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. Yeni Azərbaycan Partiyasının üzvüdür.
18. 02. 2011-ci il tarixdə Prezidentin sərəncamı ilə Salyan rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
Salyanın icra başçısının fəaliyyəti barədə də birmənalı rəy yoxdur. Son vaxtlar Salyanda  narazıların kütləvi şəkildə səsi eşidilməkdədir.

Əvvəl nazir köməkçisi, sonra bələdiyyə sədri, indi icra başçısı

Siyəzən rayonu İcra Hakimiyyətinin başçısı Arif Qasımov
da Azərbaycanın Naxçıvan bölgəsindədndir. Arif Adil oğlu Qasımov 12 aprel 1965-ci ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Xanlıqlar kəndində anadan olub. Azərbaycan Dövlət İqtisad İnstitutunu iqtisadçı və Naxçıvan Dövlət Universitetini hüquqşünas ixtisasları üzrə bitirib.
Əmək fəaliyyətinə başladıqdan sonra müxtəlif vəzifələrdə, o cümlədən Naxçıvan Muxtar Respublikası dövlət əmlak nazirinin köməkçisi, Binəqədi Rayonu İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbəsi üzrə nümayəndəsi, Nizami Rayonu İcra Hakimiyyəti başçısının Keşlə qəsəbəsi üzrə nümayəndəsi vəzifələrində işləyib.
Sonuncu iş yeri Bakı şəhəri, Nizami Bələdiyyəsinin sədri vəzifəsi olub.
Prezidentin 19 iyul 2011-ci il tarixli sərəncamı ilə Siyəzən rayonu İcra Hakimiyyətinin başçısı təyin edilib.
Mətbuatın Siyəzəndən yazdığı xəbərlərdə icra başçısından narazıların şikayətlərinə tez-tez yer verilir.

O keçmiş “JEK” işçisi olub

Tərtər rayonu İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov
 qonşu bölgədəndir. Ceyhun Fərrux oğlu 1 dekabr 1965-ci ildə Yevlax şəhərində anadan olub. 1992-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasını, 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. 17.11.1983-cü il tarixdən 29.04.1984-cü il tarixədək Konstruktor-Texnoloji Bürosunda texnik vəzifəsində işləyib. 1984-1986-cı illərdə həqiqi hərbi xidmətdə olub. 03.10.1986-cı il tarixdən 02.12.1991-ci il tarixədək Nəsimi rayon İstilik-İstismar sahəsində çilingər, 12.12.1991-ci il tarixdən 21.06.1993-cü il tarixədək Konstruktor-Texnoloji Bürosunda texnik, 25.06.1993-cü il tarixdən 05.11.1993-cü il tarixədək “Pərviz” firmasında iqtisadçı-əmtəəşünas, 08.11.1993-cü il tarixdən 01.10.1994-cü il tarixədək Maddi-texniki Təchizat idarəsində baş mühəndis, 03.10.1994-cü il tarixdən 03.01.1995-ci il tarixədək “Azərbərpa” İstehsalat Birliyində rəis müavini, 25.09.1995-ci il tarixdən 16.04.1996-cı il tarixədək Nərimanov RİH-nin Kommunal Təsərrüfat şöbəsində müdir müavini, 16.04.1996-cı il tarixdən 06.12.1996-cı il tarixədək Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyində Texniki Nəzarət şöbəsində müdir, 06.12.1996-cı il tarixdən 02.08.1999-cu il tarixədək Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyində rəis, 20.07.2000-ci il tarixdən 19.10.2006-cı il tarixədək Xətai rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyində rəis, 19.06.2006-cı il tarixdən 04.03.2011-ci il tarixədək Yasamal rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifələrində çalışıb.
Prezidentin 3 mart 2011-ci il tarixli sərəncamı ilə Tərtər rayonu İcra Hakimiyyətinin başçısı təyin edilib.
Ceyhun Cəfərov artıq 1 ildir ki, Tərtərə rəhbərlik edir. Bu müddət kifayətdir ki, tərtərlilər onun işini qiymətləndirsinlər...

Ardı olacaq...

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər