Modern.az

Göyçayda yeyinti - 8 idarə rəisi cəzalandırılıb

Göyçayda yeyinti - 8 idarə rəisi cəzalandırılıb

5 Aprel 2012, 15:48

Hesablama Palatası dövlət büdcəsinin Göyçay rayonu üzrə yerli xərclərinin tərtibi, yerli xərclərdən maliyyələşən büdcə təşkilatlarına ayrılmış dövlət vəsaitlərinin icrasına dair aparılan nəzarət tədbirləri zamanı ciddi nöqsanlar aşkarlayıb.

Modern.az saytı Hesablama Palatasına istinadən bildirir ki, aparılan nəzarət tədbiri zamanı məlum olub ki, dövlət büdcəsinin Göyçay rayonu üzrə yerli xərclərdən maliyyələşən büdcə təşkilatları tərəfindən büdcə xərclərinin proqnoz göstəriciləri hazırlanarkən bəzi hallarda müvafiq normativ sənədlərin tələblərinə əməl edilməyib. Eyni zamanda maliyyələşmə zamanı şəbəkə, ştat və kontingent göstəricilərinin icrasının tam nəzərə alınmadığı, xərc əməliyyatlarının aparılması zamanı bir sıra büdcə təşkilatları üzrə vəsaitlərin təyinatının dəyişdirildiyi, tarif dərəcələrinin düzgün müəyyənləşdirilməməsi nəticəsində bəzi büdcə təşkilatları üzrə artıq əmək haqqının  ödənildiyi üzə çıxıb.

Bundan əlavə, Təhsil, Mədəniyyət və Turizim şöbələri, Gənclər və İdman idarəsi, Şəhər İcra nümayəndəliyi üzrə satınalma proseduru keçirilmədən vəsaitin sərf edilməsi, malların müqavilə qiymətindən baha alınması, habelə ehtimal olunan qiymətin düzgün müəyənləşdirilməməsi nəticəsində artıq büdcə vəsaitinin ödənilməsi hallarına yol verilib, büdcə təşkilatları üzrə tender xərci bəzi hallarda büdcə vəsaiti hesabına ödənilib, tenderdə iştirak haqqı  alınmayıb, Mərkəzi rayon Xəstəxanası üzrə tenderdə iştirak haqqından toplanmış vəsaitin bir hissəsi büdcədənkənar gəlirlərə aid edilərək xərcə yönəldilib.

”Təhsil və tədris proseslərini tənzimləyən bir sıra mövcud normativ sənədlərin tələblərinə əməl edilməmiş, normativdən artıq ştat vahidləri saxlanılmış, ümumi tipli 7 nömrəli məktəbəqədər uşaq müəssisəsi sanatoriya  tipli uşaq müəssisəsi kimin nəzərə alınaraq işçilərinin əmək haqları 20 % artırılmış, bəzi hallarda Tədris Planından artıq dərs tədris edilmiş, tədris kabineti olmadığı halda kabinet müdirliyinə görə, sanotoriya və kurort müalicəsində olduqları dövrdə işçilərə əmək haqqı və artıq ezamiyyə xərci ödənilmiş, məktəbdənkənar müəssisələr üzrə 20 qrupun fəaliyyəti olmamış, yoxlamanın əvvəlinə olan debitor borcun bərpası  təmin edilməmiş, debitor borcun əsassız olaraq uçotdan silinməsi, mal-material qiymətlərinin mədaxil olunmaması və balansa götürülməməsi, köhnəlmə (amotizasiya) normasının düzgün tətbiq edilməməsi nəticəsində əsas vəsaitlərin qalıq dəyərinin azaldılması, uşaq günlərinin sayının artırılması nəticəsində artıq ərzaq məhsulunun, habelə təsdiqedici sənəd olmadan odunun silinməsi hallarına yol verilmişdir”-deyə Hesablama Palatasının hazırladığı rəydə bildirilib.
 
Məlum olub ki, Göyçay şəhər İnzibati Ərazi Vahidliyi üzrə Nümayəndəliyinin işçilərinə artıq məzuniyyət haqqı, laboratoriya olmadığı halda laborant ştatı saxlanılaraq əmək haqqı ödənilib, alınmış inventarlar, habelə yeni tikilən məktəb binası nümayəndəliyin balansında uçota alınmayıb, mal-material çatışmazlığı olub, istismar müddəti bitməmiş inventar, təsdiqedici sənədlər olmadan odun və yanacaq normadan artıq silinib.

Yaşıllıq və Abadlaşdırma İdarəsi üzrə  normadan artıq inventar silinmiş, kommunal Təsərrüfatı İdarəsi, Mənzil istismar Sahəsi, Yaşıllıq və Abadlaşdırma İdarəsi üzrə əhalidən, kommersiya obyektlərindən daxil olmuş vəsaitlər hesablaşma hesabına verilmədən birbaşa kassadan xərc edilib.

 Aşkar olunmuş nöqsanlıarın aradan qaldırılması istiqamətində görülmüş tədbirlər nəticəsində dövlət büdcəsinə nəğd şəkildə 14842,4 manat vəsait bərpa olunub, 52387 manat dəyərində əlavə iş və xidmətlər görülüb, 7912,1 manat dəyərində inventar və avadanlıq təhvil verilib, 13795,8 manat debitor borc, 484418 manat dəyərində əsas vəsaitlər, 659406,8 manat dəyərində mal və materiallar uçota götürülüb.
Bundan başqa fəaliyyəti olmayan 20 qrup ixtisar edilib, habelə nöqsanlara yol verilmiş 16 nəfər barəsində müvafiq intizam tənbehi tədbirləri görülüb, o cümlədən Rayon Təhsil Şöbəsinin müdirinə, Mərkəzi rayon Xəstəxanasıının baş həkiminə, Mədəniyyət və Turizim Şöbəsinin müdirinə, Gənclər və İdman İdarəsinin rəisinə, şəhər inzibati-ərazi nümayəndəsinə, Kommunal Təsərrrüfatı İdarəsinin müdirinə, Yaşıllıq və Abadlaşdırma İdarəsinin müdirinə, Mənzil İstismar Sahəsinin rəisinə ciddi xəbərdarlıq edilib, həmçinin qeyd olunan bütün təşkilatların baş mühasiblərinə töhmət verilib.

Şahanə Rəhimli

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər