Modern.az

Təhsil Nazirliyinin işçiləri azaldı

Təhsil Nazirliyinin işçiləri azaldı

6 Aprel 2012, 11:26

Nazirlər Kabineti Təhsil Nazirliyinin ştat işçilərinin sayını azaldıb.

Modern.az-ın məlumatına görə, Baş nazir Artur Rasizadənin imzaladığı qərara əsaən, Təhsil Nazirliyinin ştat sayı 262-dən 252-yə endirilib. Nazirliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ştat sayı 115-dən 105-ə qədər azaldılıb.

Bu qərar "Azərbaycan Respublikasında körpələr evlərinin, körpələr evi-uşaq bağçalarının, uşaq bağçalarının, xüsusi uşaq bağçalarının və uşaq evlərinin inkişafı ilə bağlı tədbirlər barədə" Azərbaycan Prezidentinin 2011-ci il 27 dekabr tarixli 1941 nömrəli Sərəncamına əsasən və Maliyyə Nazirliyinin təklifi əsasında qəbul edilib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər