Bu gün səhər saatlarında Gəncə şəhərində silahlı qarşıdurma baş verib Silahlı cinayətkarların zərəsizləşdirilməsi zamanı ölən və yaralananlar olub. Hadisə Gəncənin Mahrasa bağı adlanan ərazisində silahlı qruplaşmalarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında baş verib.
Modern.az Trendə-ə istinadən xəbər verir ki, Gəncə Şəhər Baş Polis İdarəsindən bildiriblər ki, silahlı insident qanunsuz silahlı qruplaşmanın zərərsizləşdirilməsi zamanı baş verib. İnsident zamanı hər iki tərəfdən ölənlər və xəsarət alanlar var.
Gəncə şəhər hüquq-mühafizə orqanlarındakı mənbədən Trend-ə verilən məlumata görə, hadisə zamanı 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb.
Hüquq-mühafizə orqanlarının bir əməkdaşı həlak olub, 3-ü ağır xəsarət alıb.
Qanunsuz silahlı birləşmənin 1 üzvü həlak olub, 2-si xəsarət alıb.
Milli Təhlükəsizlik Nazirliyi artq Gəncə şəhərində əməliyyat keçirdiyini təsdiqləyib.
MTN-in İctimai Əlaqələr Məkəzinin rəhbəri Arif Babayev bildirib ki, hazırda əməliyyat tədbirləri davam etdirildiyindən əlavə məlumat verilmir.
Məlumata görə, ilhalı birləşmə üzvləri Gəncə şəhərində terror törətməyə hazırlaşırmışlar.
Modern.az