Modern.az

Daha dörd yeni icra başçısı təyin edildi

Daha dörd yeni icra başçısı təyin edildi

Ölkə

14 Aprel 2012, 18:27

Modern.az-ın məlumatına görə, Prezident İlham Əliyev daha bir neçə rayonda kadr dəyişikliyi edib. 

Belə ki, Ağdaş rayonu İcra Hakimiyyətinin başçısı Rafiq Niftəliyev prezidentin sərəncamı ilə vəzifəsindən kənarlaşdırılıb. Ölkə başçısının digər sərəncamı Lənkəran şəhərinin icra başçısı postundan azad edilən Tofiq İbrahimov Ağdaş rayonuna başçı gətirilib.

Prezidentin sərəncamı ilə Vilyam Hacıyev Samux rayonunun icra başçısı postundan azad edilərək İmişli rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə gətirilib. 

Əbülfəz  Ağayev isə İmişli rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Prezident Mingəçevirə də başçı təyin edib. Niyazi Müzəffər oğlu Bayramov Mingəçevir şəhəri İcra Hakimiyyətinin yeni başçısı təyin edilib.

Ölkə başçısı Bakının Sabunçu rayonuna da yeni icra başçısı təyin edib. Adil Ənvər oğlu Vəliyev Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə gətirilib.

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım