Modern.az

Həyəcan: Orta məktəblərimiz kişi müəllimləri itirib - STATİSTİKA

Həyəcan: Orta məktəblərimiz kişi müəllimləri itirib  - STATİSTİKA

23 Aprel 2012, 08:06

Ölkənin təhsil müəssələrində dərs deyənlərin əsas faizi qadınlardır

Hamımıza yaxşı məlumdur ki,orta  məktəb hər bir insanın həyatında elə güclü təsirə malikdir ki, hətta oxumuyanından tutmuş əlaçı şagirdə kimi hər kəs illər boyu bu müəssisədə yığdığı baza hesabına bütün həyatını yönəldir. Baza dedikdə təkcə öyrəndiyimiz elmi bilikləri nəzərdə tutmuram. Çünki bu təhsil ocaqlarında biz həm şəxsiyyət kimi formalaşır, həm də  insani kefiyyətləri özümüzdə tərbiyə edirik. Amma biz də bu məsələrərdə kimlərisə özümüzə model kimi seçirik. Məsələn, evdə valideynlər, nənə, baba, əmi dayı və s. ola bilər. Məktəbdə isə yalnız müəllimlərimizi bir nümunəvi obraz kimi seçmək şansımız olur.

Dövlət Statistika Komitəsindən aldığım informasiya isə göstərir ki, 2011/2012-ci tədris ilinin əvvəlinə ümumi təhsil müəssisələrində pedaqoji işçilərin 75,8% - i qadınlar, 24,2% -i isə kişilərolub. Yəqin ki, bu statistika son vaxtlar qadınların xeyrinə bir qədər də dəyişib. Açıq-aydın görünür ki, məktəblərimizdə kişi müəllimləri nəinki azlıq təşkil edir, demək olar ki, yox dərəcəsindədir. Amma xarici ölkələrdə, məsələn, Türkiyə təcrübəsində isə belədir ki, ilk orta məktəbdə dərs deyən müəllimlərin əksəriyyəti kişilərdir. Belə olan halda kiçik yaşlı uşaqlar,  xüsusən də oğlan uşaqları hansı kişi müəllim obrazını özləri üçün model seçə bilər ki?           

Kənd yerləri şəhərlərə baxanda şükürlüdür

Azərbaycan Pedagoji Universitetinin Pedagoji fakültəsinin dekanı Fərrux  Rüstəmov da  hesab edirki , bu cür disbalans şagirdlərin tərbiyəsində mənfi təsirini mütləq göstərir.
”Bu gün elə məktəblər var ki, orada bir nəfər də kişi müəllim yoxdur. Xüsusilə şəhər yerində çox acınacaqlı faktdır. Heç olmasa kənd yerlərində kişi müəllimlər bir az üstünlük təşkil edir. Şəhər yerlərində, qəsəbələrdə əhaliinin daha gur yaşadığı yerlərdə isə əksinədir. Təbii ki, xarakteri xarakter formalaşdırır. Ümumtəhsil məktəblərində oğlan uşaqları kişi müəllimlərindən dərs, nümunə alırlar. Belə olan halda onlar gələcəkdə öz ailələrini necə idarə edəcəklər?. Ünsiyyət mədəniyyətinin formalaşmasında necə iştirak edəcəklər? İbtidai sinifdə oxuyan kiçik yaşlı  uşaqlar tezdən qalxırlar, bu zaman onların atası işə gedir. Uşaq bu zaman evdə ananı, məktəbdə isə qadın müəlliməni görür. Beləliklə bütün günü qadınların əhatəsində olurlar. Bu oğlan uşaqlarının tərbiyəsinə çox mənfi təsir göstəririr”.

Vəziyyətin kiçik yaşlı oğlanların xarici görkəminə də təsir etdiyini deyən Fərrux Rüstəmov  oğlanlarda qızlara məxsus xüsusiyyətin əmələ gəldiyini də vurğulayır: ”Oğlanlarımız qızlar kimi bəzənməyə-düzənməyə, saçlarına rəng qoymağa, müxtəlif laklardan istifadə eləməyə meyilli olurlar. Daha çox incədilər. Onlar da qızlar kimi tez küsür, yeməkdən, məktəbə getməkdən imtina eləyirlər. Çünki kişilik məktəbini keçmirlər. Bu çox ağrılı bir bəladır. Qadınlarda sərt təpki göstərmək, yeri gələndə uşağı cəzalandırmaq  alınmır. Onlar istəsələr də onu eləyə bilmirlər. Onlarda bir ana məhəbbəti, ana qayğıkeşliyi olduğundan məzəmmət eləmək çətin olur. Uşaqlar ana zəhmindən qorxmurlar, çünki ana baxışı daha mehribandır. Bu problemin həlli yollarından biri odur ki, müəllimlərin, xüsusi ilə də kişilərin məvacibi o qədər qaldırılmalıdır ki, kişilər məktəbə cəlb oluna bilsinlər. Ailələrdə də elə təbliğat aparmalıdılar ki, gənclər bu peşəni seçsinlər”.

Müəllimlik qadın peşəsdir, yoxsa kişi..?

Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini, millət vəkili Bəxtiyar Əliyev isə hesab edir ki, səbəb təkcə məvacibdə deyil, həm də cəmiyyətimizdə formalaşmış müəllimlik peşəsinin qadınlara məxsus olması fikridir.
“Belə bir psixoloqiya yaranıb ki, bura qızlar getməlidir. Kişilər isə daha çox kişi peşəsi hesab edilən peşələrə yiyələnməlidirlər. Təəssüf ki, bu kökündən yalnış olan fikirdir. Orta məktəblərdə kişi müəllimlərinin az olması ciddi şəkildə müəyyən proseslərə təsir göstəririr. Biz bununla demirik ki, qadın müəllimlər zəif dərs deyirlər. Amma bir məsələ var ki, peşələrdə gender bərabərliyinin itirilməsi hər bir sahədə müəyyən fəsadlara gətirib çıxarır. Digər tərəfdən isə səbəb məvacibdir. Kişilər ali məktəblərə gedəndə bu səbəbdən başqa peşələri seçirlər. Mən düşünürəm ki ölkədə keçirilən islahatlar və təhsilə olan qayğı nəticəsində yaxın zamanlarda yəqin ki, gender bərabərsizliyi aradan qaldırılacaq”.

Millət vəkilinin sözlərinə görə,  bunun uşaq şəxsiyyətinin formalaşmasına çox ciddi təsiri var.

“Kişi müəllimində sərtlik var. Bunun da kiçik yaşlardan uşaqlarada xarakterin, iradənin möhkəmlənməsinə müsbət bir təsiri var”.
B.Əliyevin fikrincə, kişi xüsusiyyətlərinin, çətinliklərə dözümlülüyün, öz iradənin tərbiyə olunması və digər tərəfdən davranışın tənzimlənməsi baxımından sosial nəzarətin güclənməsinin əhəmiyyəti var.
“Təsəvvür edin ki bir sinifdə yalnız qızlar oxuyur, digərində isə oğlanlar, 3-cü də isə birlikdə oxuyurlar, şübhəsiz ki, birgə də davranışın sosial tənzimlənməsi daha səmərəli olacaq. Nəinki o biri siniflərdə. Bu halın davam eləməsi şagirdlərdə şəxsiyyətlərarası məsələlərin ünsiyyətində, ünsiyyət çətinliklərinin aradan qaldırılmasında, utancaqlıq hissinin yenilməsində daim problemlər yarada bilər”.

Əgər problemlər həllini tapmazsa, məktəblərimizdə həm psixoloq,  həm də kişi müəllimlərin  azlığı gələcəkdə də növbəti problemlərin yaranmasında açar rolunu oynaya bilər.    

Şahanə RƏHİMLİ

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər