Modern.az

"Əli Nağyev BDU ilə əlaqələrini kəsib"

"Əli Nağyev BDU ilə əlaqələrini kəsib"

2 May 2012, 19:21
Abel Məhərrəmov: «O, xeyli vaxtır ki, universitetdən kənarlaşıb»

«Mən də mətbuatda Əli Nağıyevin elmi-pedoqoji fəaliyyətlə məşğul olması barədə dediyi fikirlərini oxudum. Ancaq o, Bakı Dövlət Universitetində işləmir. Əvvəllər kafdera müdiri vəzifəsində olub. Artıq xeyli vaxtır ki, bu vəzifədə çalışmır».

Bu sözləri BDU-nun rektoru, millət vəkili Abel Məhərrəmov “Modern.az”ın YAP-ın qurucularından olan Əli Nağıyevin universitetdə çalışıb-çalışmadığı barədə sualını cavablandırarkən söyləyib.

BDU-nun rektoru bildirib ki, Əli Nağıyev ola bilsin ki, başqa ali məktəblərdə elmi-pedoqoji fəaliyyətlə məşğuldur: «Bu ola bilər. Ancaq bizim universitetdə çalışmır».

Yeni Azərbaycan Partiyasının qurucularından və nüfuzlu liderlərindən  sayılan Ə.Nağıyev YAP-ın “qızıl fondu” elan edilmiş “91-lərdən”dir.
1996-cı ilin noyabrında Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilən Ə.Nağıyev oaman YAP-da ikinci şəxsi-sədr müavini idi. O, sonralar düz 10 il bu vəzifədə çalışıb.
Mərhum prezident Hey­dər Əli­ye­vin ha­ki­miy­yə­tə gəl­mə­sin­də, YAP-ın qu­rul­ma­sın­da mü­hüm xid­mət­lə­ri olan Əli Na­ğı­ye­v ha­kim ko­man­da­da iddialı fiqur sayılırdı. Əli Nağıyev əmək və əhalinin sosial müdafiəsi naziri postunda olarkən dəfələrlə səs-küy doğuran açıqlamalar vermişdi. Onun Təhsil Nazirliyinin ünvanına sərt çıxışı isə geniş rezonans doğurmuşdu.

2006-cı ilin fevralında Əli Nağıyevi nazir postundan azad edildi.

2006-cı il mayın 15-də Ə.Nağıyev prezidentin sərəncamı ilə Azərbaycanın Belarusdakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olundu. O, 5 il Azərbaycandan uzaqda diplomatik xidmətdə çalışdı. 20 aprel 2011-ci il tarixdə isə ölkə başçısının sərəncamı ilə səfir postundan geri çağırıldı.

Diplomatik işdən geri çağrılan sabiq nazir indi sərəncamdadır və onun yenidən hansısa vəzifəyə təyin olunub-olunmayacağı məlum deyil. Bəzi məlumatlara görə, Ə.Nağıyevə Milli Məclis aparatında ortabab bir vəzifə təklif olunub, amma o, bundan imtina edib. Hazırda işsizdir.

Modern.az

Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım