Modern.az

İki nazirlik 65 yaşı çatmış işçilərini təqaüdə göndərib

İki nazirlik 65 yaşı çatmış işçilərini təqaüdə göndərib

4 May 2012, 17:30

Ötən ildən başlayaraq, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və “Dövlət qulluğu haqqında” qanuna edilən dəyişikliyə əsasən, dövlət orqanlarında 65 yaşa çatmış işçilərin ixtisarı davam etdirilir. Bununla bağlı 2012-ci ilin birinci rübü ərzində də bir sıra nazirlik  əməkdaşları işdən azad olunaraq, təqaüdə göndərilib. Modern.az ilin ilk üç ayının nəticələrinə uyğun olaraq, təqaüdə çıxan nazirlik işçilərinin sayını araşdırıb.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Murtuzəli Hacıyev  bildirib ki, bu il onlarda yaşı 65-i keçdiyinə görə 6 nəfər təqaüdə göndərilib.

Nəqliyyat Nazirliyində isə bu il ərzində 65 yaşdan yuxarı 3 əməkdaş təqüdə yola salınıb. Bu barədə nazirliyin mətbuat xidmətinin rəhbəri Namiq  Həsənov deyib.

Müdafiə Sənayesi Nazirliyindən verilən məlumata görə, hələki il başlayandan təqaüdə çıxan işçi olmayıb. Çünki, nazirlikdə 65 yaşı tamamlayan əməkdaş yoxdur.

İqtisadi İnkişaf Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Abbas Əliyev bildirib ki, bu nazirlikdə də yaşı 65-i keçən əməkdaş olmadığından, hələlik  təqaüdə göndərilənlər də yoxdur.

Mədəniyyət və Turizm Nazirliyində hesab edirlər ki, bu, dövlət orqanının daxili işidir və nazirlik də bunu qanuna uyğun olaraq, həll edir. Nazirlik rəsmiləri məsələ ilə bağlı açıqlama verməyiblər.

Nihadə Eyyubova

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi