Modern.az

TQDK buraxılış imtahanları verəcək şagirdlər üçün yazı işlərinin mövzularını açıqladı

TQDK buraxılış imtahanları verəcək şagirdlər üçün yazı işlərinin mövzularını açıqladı

17 May 2012, 09:45

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 9-cu və 11-ci siniflər üzrə buraxılış imtahanlarına hazırlaşan şagirdlərə kömək məqsədilə test tapşırığı nümunələri hazırlayıb. Modern.az TQDK-ya istinadən bildirir ki, 9-cu və 11-ci siniflər üzrə buraxılış imtahanlarına hazırlaşan şagirdlərə kömək məqsədilə Ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün -Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün - rus dili ) və Riyaziyyat fənlərindən test tapşırığı nümunələri artıq hazırdır. Bundan başqa, buraxılış imtahanlarında təqdim ediləcək yazı işlərinin mövzuları müəyyənləşdirilib.

Test nümunələri və yazı işi mövzuları TQDK-nın saytında (//tqdk.gov.az/az/press/Default.aspx?news=2251) yerləşdirilib.

Qeyd edək ki, buraxılış imtahanlarının keçirilməsinə iyunun 2-dən başlanacaq. İmtahan ana dili və riyaziyyat fənləri üzrə aparılacaq.Buraxılış imtahanı ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün -Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün - rus dili fənni) və riyaziyyat fənləri üzrə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən mərkəzləşdirilmiş qaydada keçiriləcək. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim ediləcək. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi yerinə yetirəcəklər.
İmtahanın müddəti 2 saatdır. Test tapşırıqlarının yerinə yetirilməsinə 1 saat 30 dəqiqə, yazı işinin yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrılır.

Şagirdin test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumat onun imtahan verdiyi gündən etibarən 5 günədək müddətdə elan ediləcək. 
Şagirdin 5 ballıq şkala üzrə imtahan qiymətləri bütün respublikada buraxılış imtahanları bitdikdən etibarən 10 günədək müddətdə elan ediləcək. 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi