Modern.az

Hadi Rəcəbli: “Azərbaycan-İran qonşuluğu və dostluğu əbədidir”

Hadi Rəcəbli: “Azərbaycan-İran qonşuluğu və dostluğu əbədidir”

22 May 2012, 19:13

Son bir neçə gündə İran Azərbaycan münasibətlərində gərginlik yaranıb. Milli Məclisin Sosial siyasət komitəsinin sədri, Azərbaycan İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Hadi Rəcəbli Modern.az–a bildirib ki, bütün bu olanlar iki ölkəni istəməyən qüvvələrin xeyrinədir.

“Eyni coğrafi bölgədə yaşayan, bir düşüncə tərzinə, milli, mənəvi dəyərlərə sahib olan, bir-birlərinə bilavasitə bağlı olan xalqlarıq. O xalqalar arasına nifaq salmaq qədər eybəcər və zərərli hal ola bilməz. Çox təəssüf ki, bu xalqların yaxınlığını istəməyyən qüvvələr həm İranda, həm də Azərbaycanda çoxlu problemlər yaradıblar. Mən təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, dünya şöhrətli mahnı  yarışmasına iki dövlət qısqanclıq edir: İran və Ermənistan... Belə paralelin olması çox böyük təəssüf doğurur. Digər tərəfdən, əgər bizim Avropa dəyərlərinə münasibətimizdən söhbət gedirsə, bu gün fransız dili İranda məqbul dillərdən biridir. Bizim çox sevimli inqilabçı Xomeyni vaxtilə Fransada gedib özünə sığınacaq tapmışdı. İndi bu məsələnin belə qoyulması bütün hallarda eybəcər və çox narahatedici məsələdir”-deyə H.Rəcəbli qeyd edib.

Azərbaycan-İran münasibətlərinə toxunan deputat bildirib ki, bizim qonşuluq münasibətlərimiz davam edəcək və biz İranla daim qonşu olacağıq: “Allah bizi biri-birimizə qonşu yazıb. Bu gün Azərbaycanda İslam dəyərlərinə böyük hörmət və məhəbbət var. Mən çox böyük təəssüf hissi ilə qeyd eləmək istəyirəm ki, hansı ədalət ilə deyirlər ki, Azərbaycanda məscidlər dağıdılır. Mən köhnə komminist dövründə birinci katib olmuşam. Birinci katib olanda Şəkidə məscid təmir etdirmişəm . Hazırda Azərbaycanda prezdent İlham Əliyev  Bibiheybət, Təzəpir məscidini bərpa etdirib. Rayonlarımızda məscidlər bərpa olunub və fəaliyyət göstərir. Bunu danmaq, əleyhinə fikir söyləmək qədər eybəcər, iyrənc, ədalətsiz mövqe ola bilməz. İranda bu fikirlər səslənir. Axı bura İrandan gələn adamlar görürlər ki, pirlərə, məscidlərə münasibət necədir. Bunu necə yalandan demək olar? Demək bunu Azərbaycan-İran dostluğunu istəməyənlər deyirlər.

Həqiqətdir ki, Azərbaycanda İslama, mili-mənəvi dəyərlərə hörmət dövlət siyasətidir. Prezidentimiz dönə-dönə deyib ki, biz Avropaya inteqriasiya edə-edə milli mənəvi dəyərlərimizi saxlamalıyıq.  İslama hörmət bizim prezidentimizlə şeyximizin dostluğudur. Bütün milli bayramlarda, dini bayramlarda prezdentimiz başda olur. Biz iftar süfrələrində prezidentlə yanaşı otururuq. Bunu təkzib eləmək, əleyhinə danışmaq qədər iyrənc, eybəcər siyasət ola bilməz”.

 Millət vəkili onu da vurğulayıb ki, təbliğatçı qüvvələr “gey-parad” sözünü ortaya salmaqla Azərbaycana qarşı haqsızlıq edirlər: “Azərbaycanda bu mövzu ortada yoxdur. Biz Avropaya inteqrasiya eləyirik, bu məsələlər bizim gündəmdə deyil. Amma bu gün İranda da o xəstəliklər var, hansı ki, ona ibnə deyirlər. Ola bilər ki, Azərbaycanda da o xəstəlik var. Amma onu bu gün siyasət meydanına gətirmək, ortaya qoymaq nə qədər iyrəncdir. “Avroviziya"nı gətirib “gey-parad”a yaxınlaşdırmaq, olmayan şeyi demək qədər iyrənc və nifrət ediləsi siyasət ola bilməz. Biz bir şeyi bilməliyik, İranla Azərabaycan, prezdentimiz İlham Əliyevin, ulu öndər Heydər Əliyevin  dediyi kimi qardaş və qonşu dövlətlərdi. Biri-birinə həyan olmalıdırlar, biri–birinin yanında olmalıdırlar. Azərbaycan heç vaxt İranı tapdalamıyıb, onun əleyhinə addım atmayıb, Prezidentimiz daim deyib ki, Azərbaycan heç vaxt İrana qarşı platforma olmayacaq”.

Hadi Rəcəbli İran-Ermənistan münasibətlərinə toxunaraq deyib ki, Azərbaycan hər zaman bölgədə İranı özünə dost bilib.

“Axı biz qardaş dövlətlərik, bir mənsəbə qulluq edirik. Necə olur ki, bizi tapdalayıb Ermənistanı tuturlar. Buna nə ad vermək olar? Bu “gey-parad”dan pis addmdır. Düşünürəm ki, Azərbaycan-İran dostluğu əbədidir. Biz bu iki ölkəni birləşdirən nöqtələri tapmalıyıq.  Bizi düşmən eləmək istəyənlərə əməlimizlə cavab verməliyik. Düşmənlərimiz heç vaxt istəməz ki, biz qardaş, dost olaq. Təəssüf ki, bizi qarşı-qarşıya qoymaq istəyən qüvvələr var”-deyə deputat vurğulayıb.

Millət vəkili İsrail-Azərbaycan münasibətlərindən də danışaraq vurğulayıb ki, bu əlaqələr heç də İranın əleyhinə yönəlməyib, hətta Azərbaycan dövləti də İranla dostluğun daim tərəfadarı olub:

“Biz çox təəssüf edirik ki, bu gün dövlətlərarası münasibətlərdə İsrail ilə olan münasibətlərdən tez-tez danışılır. İnanın ki, bu məsələ də heç vaxt İranın əleyhinə yönəlməyib. Bir həqiqət var ki, Azərbaycan-İsrail münasibətləri İran- Ermənistan münasibətlərindən qat-qat zəifdir, aşağıdır, diqqəti cəlb eləmir. Azərbaycan müstəqil dövlətdir. Azərbaycan dövlətinin başçısı, siyasətçiləri, xalqı Azərbaycan–İran dostluğunun tərəfdarıdırlar.Dostluğa mane olan hər bir addımın əleyhinədirlər.

Mənim bir siyasətçi olaraq İranda çoxlu dostlarım var. Bir daha elan etmək istəyirəm ki, münasibətlərin korlanması bizi istəməyənlərin xeyrinədir. Çalışaq bizi birləşdirən ideyalardan, fikirlərdən daha çox danışaq, onda bir az da möhkəm olarıq”.

Şahanə RƏHİMLİ    

Whatsapp
Bizə yazın!
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi