Modern.az

Uşaqların dovşandodaq və qurdağız doğulmasının səbəbi nədir?

Uşaqların dovşandodaq və qurdağız doğulmasının səbəbi nədir?

Ölkə

13 İyun 2012, 10:23

Həkim: “Qədim dövrlərdən mövcud olan bu deformasiyanın necə yaranması tam məlum deyil”


Körpə səsi hər bir ailənin sevincidir. Uşağın doğulması ailə üzvləri və yaxınlar tərəfindən xoş həyəcanla gözlənilir. Amma son dövrlər doğulan körpələrin demək olar ki, əksəriyyətində dovşandodaq və qurdağız deformasiyasına rast gəlinir. 

Modern.az-a verdiyi şərhdə Avropa Plastik, Rekonstruktiv və Estetik Cərrahiyyə Kolleqiyasının üzvü, həkim İlyas Axundzadə bildirib ki, dovşandodaq və qurdağız deformasiyalarının irsən keçmə riski çox yüksək deyil. Belə ki, valideynlərin birində dovşandodaq və qurdağız varsa, uşaqda bu deformasiyanın əmələ gəlmə riski 4%-dır. Lakin ailədə bir valideyn və uşaqda bu deformasiya artıq varsa, ikinci uşaqda bu qüsurun peyda olma ehtimalı 17%-dir.

İlyas Axundzadə qeyd edib ki, dovşandodaq və qurdağız deformasiyası qədim zamanlardan mövcuddur. Lakin onun əmələ gəlmə səbəbləri hələ də tamamilə aydın deyil. Həkimin sözlərinə görə, ananın hamiləlik dövründə bəzi dərmanlardan istifadə etməsi yarıq əmələ gəlmə riskini 10 dəfə artırır: “Hamilə qadının spirtli içkilərdən istifadəsi və siqaret çekməsi isə bu riski 2 dəfə artırır. Bundan əlavə dovşan dodaq və qurdağız digər anadangəlmə sindromlar ilə əlaqədar ola bilər”.

“Vital” klinikasının baş həkimi Mehraban Rzayeva bildirib ki, klinikalarına bu problemlə çox müraciət olunur: “Amma indi müasir plastik avadanlıqların köməyi ilə bu əməliyyatdan sonra heç bir iz qalmır. Balaca bir xətt qala bilər. O da bir müddət sonra itir”.
Həkim qeyd edib ki, körpələri 5-6 aylıqdan 1 yaşına kimi əməliyyat etmək laızmdır. Çünki bu vaxt əməliyyatın effekti daha yaxşı olur.

Sevinc İltifatqızı
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?