Modern.az

Ayaz Mütəllibov İlham Əliyevə təşəkkür edib

Ayaz Mütəllibov İlham Əliyevə təşəkkür edib

Ölkə

21 İyun 2012, 15:54

“Ayaz bəy özü də bilmir vətənə nə zaman dönəcək”

Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov ölkə başçısı İlham Əliyevə “Azərbaycan Respublikasının keçmiş prezidentin və onun ailə üzvlərinin təminatı haqqında” Konstitusiya Qanununu təsdiq etdiyinə görə minnətdarlığını bildirib. Bu barədə Modern.az-a Azərbaycan Sosial Demokrat Partiyasının həmsədri Araz Əlizadə məlumat verib.

A.Əlizadə Ayaz Mütəllibovun hazırda vətənə dönməsi üçün hazırlıqlar görüldüyünü bildirsə də, onun Azərbaycana nə zaman dönəcəyini isə dəqiq bilmədiyini deyib.

“Mən bu gün bir neçə dəfə Ayaz Mütəllibovla əlaqə saxlamışam. O da öz növbəsində eks-prezidentlər haqqında qanunu təsdiq etdiyi üçün ölkə başçısına öz minnətdarlığını bildirib. Ayaz bəy bu ay Azərbaycana gələ bilməyəcək. Moskvada bəzi işləri var. Hazırda o işləri həll etməklə məşğuldur. Hələ Ayaz bəy özü də dəqiq bilmir ki, işlərini nə zaman bitirib vətənə dönəcək. Amma ölkəsinə dönmək üçün tələsir və hazırlıqlarını davam etdirir”, – deyə A.Əlizadə vurğulayıb.

Qeyd edək ki, eks-prezidentlər haqqında qanunun tələbinə uyğun olaraq keçmiş ölkə başçısı Ayaz Mütəllibov 20 illik mühacirət həyatından sonra vətən qayıda biləcək.

Anar Rüstəmov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?