Modern.az

Zəlimxan Yaqub Gürcüstana gedib: “Səhhətimə görə bütün fəaliyyətim dayanıb”

Zəlimxan Yaqub Gürcüstana gedib: “Səhhətimə görə bütün fəaliyyətim dayanıb”

22 İyun 2012, 17:01


Sabiq millət vəkili, Xalq şairi Zəlimxan Yaqubun səhhəti normaldır. Bu barədə Modern.az saytına şairin özü məlumat verib: “Hazırda Gürcüstandayam. Vəziyyətim yaxşıdır, özümü normal hiss edirəm. Həkim nəzarəti altında müalicələrim aparılır. Dializ davam edir. Səhhətimlə bağlı bütün fəaliyyətim dayanıb”, – deyə Z.Yaqub bildirib.

Modern.az bu ilin əvvəlində tanınmış şairin hər iki böyrəyinin çıxarıldığı və həkimlərin məsləhəti ilə dializ seansına başladığı barədə xəbər vermişdi.

Aygün Nizamiqızı

Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım