Modern.az

Azərbaycanda şəhid statusu alanların sayı 13 min 560-a çatıb

Azərbaycanda şəhid statusu alanların sayı 13 min 560-a çatıb

23 İyun 2012, 10:07

Nazirlər Kabinetinin 15 iyul 2009-cu il tarixli sərəncamı ilə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”na dəyişiklik edilib.
Dəyişikliyə əsasən, atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının, döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilən şəxslərə də şəhidlik statusu verilməlidir.
Sərəncamın verilməsindən 3 ilə yaxın vaxt keçir. Bəs bu müddətdə neçə nəfərə şəhidlik statusu verilib?

Modern.az saytı bunu araşdırmağa çalışıb.

Qeyd edək ki, atəşkəs sazişinin imzalandığı 1994-cü ildən bəri xeyli hərbçimiz döyüş tapşırığını yerinə yetirərkən həlak olub. Modern.az-ın araşdırmasına görə, həlak olmuş şəxslərə şəhdilik statusunu birbaşa Müdafiə Nazirliyi vermir. Şəhidlik statusunun verilib-verilməməsi məsələsini bu nazirliklə yanaşı, yerli icra orqanları, sosial müdafiə mərkəzləri birgə həll edir. Müdafiə Nazirliyinə isə həmin qurumlardan həlak olmuş şəxslərlə bağlı sorğu göndərilir. Nazirlik digər sorğular kimi bu sorğuları da, araşdıraraq cavablandırır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az saytına verilən məlumata görə, həlak olmuş gizir və zabit heyətinə şəhidlik statusnunu Müdafiə Nazirliyi, siravi heyətə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon bölmələri (keçmiş Hərbi komisarlıqlar), mülki vətəndaşlara isə yerli İcra hakimiyyətləri müəyyənləşdirir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən saytımıza bildiriblər ki, 1 aprel 2012-ci il tarixinə olan rəsmi məlumata görə, Azərbaycanda 13 min 560 şəhid ailəsi var. Bunların ailə üzvlərinin sayı 18 min 779 nəfər təşkil edir.

“Mövcud qanunvericiliyə uyğun olaraq, şəhidin dul arvadına və ya əmək pensiyaçısı olmayan ata-anasına kommunal güzəştlərə görə 12 manat aylıq müavinət verilir. Bununla yanaşı, 18 yaşı tamam olmamış şəhid uşaqlarının hər birinə 15 manat aylıq müavinət verilir. Eyni zamanda əmək pensiyaçısı olmayan şəhidin dövlət ali təhsil müəssisəsində oxuyan uşaqlarına 23 yaşı tamam olan qədər dövlət tərəfindən 49 manat 50 qəpik aylıq müavinətlər verilir. Eyni zamanda 13 560 şəhid ailəsinin hər biri aylıq olaraq 165 manat həçmində prezident təqaüdü alır”.

Aytən ƏLİYEVA

Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək