Modern.az

Sabiq nazir Nadir Əhmədovdan şok açıqlamalar

Sabiq nazir Nadir Əhmədovdan şok açıqlamalar

27 İyun 2012, 11:59

Sabiq rabitə naziri Nadir Əhmədov Modern.az saytına geniş müsahibə verib.

 
- ... Günlərin bir günü Heydər Əliyevin köməkçisi mənə zəng vurdu. Bunların hamısı indiki kimi yadımdadır.  1997-ci ilin iyul ayının 16-sı, saat da təxminən 12-nin yarısı olardı.  Zəng edib dedi ki, sizi Heydər Əliyev qəbula çağırır. 15 dəqiqədən sonra zəng elədi ki, işdə kostyumun var? Mən də dedim var. Geyinib getdim qəbula. Yolda da düşünürdüm ki, yəqin məni işdən çıxartmaq istəyirlər...

- ... Baş nazir Artur Rəsizadə ilə birgə nazirliyə getdim. Sirus Abasbəyli və nazirliyin işçiləri şoka düşdülər...

- ... Bir atalar sözü var eee. Necə gəldimsə, elə də getdim işdən. Həftənin beşinci günü idi. Mən dostlarımla görüşdə idim. Elə orada televizorda vəzifədən kənarlaşdırıldığımı eşitdim. O zaman dostların hamısı çox pis oldu, amma mən heç pis olmadım. Dedim ki, sakit olun və yemək-içmək məclisini davam etdirin.

- ... Vəzifə elə bir şeydir ki, insan onun əbədi olmadığını bilməlidir. Bir gün gəlibsə, demək ki, bir gün də gedəcək.

-  ... Mən nazir olanda xoşuma gəlmirdi ki, kimsə mənim haqqımda danışsın, amma düz danışanda çox xoşuma gəlirdi. İndi isə bircə onu deyə bilərəm ki, mənim nazir olduğum vaxtla indiki vaxtı müqayisə etsək, görərik ki, Rabitə və İnformasiya Texnologiyaları Naziriliyində nə qədər geriləmə var. Hələ mənim zamanımda 2004-2005-ci illər üçün hazırladığımız tədbirlər planının çoxu həyata keçirilməyib.

- ... Bu qədər vaxt uzatmağa heç bir ehtiyac yoxdur. Əslində bunu elə neçə illər öncə də həll edə bilərdilər, amma etmədilər. Çox ləng işləyirlər. Bayaq da dediyim o tədbirlər planında bu məsələyə də toxunmuşduq.  İndi isə uzadılmasına mən bir səbəb də görmürəm. Hər şey özlərindən və iş prinsiplərindən asılıdır.

... Sabiq nazir indi kimlərlə dostluq edir?

... O necə dolanır, nəylə məşğuldur?

Nadir Əhmədov Modern.az saytına daha nələri danışdı..?

Bizi izləyin...

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım