Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2012-2013-cü tədris ili üçün ali məktəblərə qəbul planının artırılaraq, 34092 yerə çatdırıldığını bəyan edib.
Modern.az saytının xəbərinə görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədr müavini Namiq Babayev bildirib ki, bu ilki qəbul planında hüquq ixtisası üzrə yerlərin sayı 50 faiz azaldılıb. Bu ixtisas üzrə qəbul planı 232 nəfərdir.
N.Babayev onu da deyib ki, bu ildən özəl ali məktəblərə jurnalistika ixtisası üzrə qəbul dayandırılıb. Ümumilikdə isə bu il dövlət ali məktəblərində jurnalistika ixtisası üzrə 199 yerə qəbul olacaq. Bu, ötən ilə nisbətən 134 yer azdır.
Mail Ağaxanov