Modern.az

III qrupun imtahan nəticələri açıqlandı

III qrupun imtahan nəticələri açıqlandı

Ölkə

17 İyul 2012, 17:41

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının 2012/2013-ci tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə  III ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarının nəticələrini açıqlayıb.

TQDK-nın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, imtahanın nəticələri saat 18.00-dan qurumun rəsmi saytında yerləşdirilib -
"burada //tqdk.gov.az/net2012ali/ )

Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla 7727  nömrəsinə iş nömrələrini göndərməklə öyrənə bilərlər. 

Hər bir abituriyent öz imtahan nəticələrinə dair məlumat vərəqini internet vasitəsilə əldə edə bilər. 

III ixtisas qrupu üzrə imtahanda iştirak etmək üçün sənəd vermiş 30831 abituriyentdən  938 nəfəri imtahanda iştirak etməyib. İmtahanda iştirak edən  abituriyentlərdən 43 nəfəri köçürməyə cəhd etdiklərinə görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.  

Test imtahanının nəticəsinə əsasən 9038 abituriyent (xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə iştirakçıları istisna olmaqla) müsabiqədə iştirak etmək hüququ qazanıb. 

III ixtisas qrupu üzrə test imtahanının nəticəsi əsasında imtahan ballarının paylanması “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc olunacaq. 

İxtisas seçimi avqustun 7-dən avqustun 16-dək internet vasitəsilə aparılacaq. Qəbul aparılan ixtisasların siyahısı isə “Abituriyent” jurnalının 3-cü sayında dərc olunacaq.  

III  ixtisas qrupu üzrə ixtisas seçimində aşağıdakı müsabiqə şərtlərini ödəmiş abituriyentlər iştirak edə bilərlər: 

Bu il III qrup üzrə ixtisas seçimində ümumi balı 250-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

Ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.

Dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 350-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

Xüsusi qabiliyyət tələb edən ixtisasların bəzi istiqamətləri üzrə müsabiqə şərtlərində    dəyişiklik edilibr. Buna dair cədvəl TQDK-nın internet saytında yerləşdiriləcək.   

Müsabiqədə iştirak etmək üçün qoyulan tələbləri ödəyən abituriyentlər iyulun 7-dən avqustun 16-dək "Abituriyentin elektron ərizəsi"ndə ixtisasları seçib təsdiq etməlidirlər.  

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi