Modern.az

DİN: “Azərbaycanda cinayət törədən qadınlar artıb”

DİN: “Azərbaycanda cinayət törədən qadınlar artıb”

13 Avqust 2012, 12:04

Qadınlar üçün cəzaçəkmə müəssisəsində narkotik alveri edənlərdən sonra ər qatilləri çoxluq təşkil edir

Son vaxtlar ölkədə baş verən kriminal hadisələrlə bağlı rəsmi məlumatlarda ərini, qohumunu öldürən, insan alverinə, narkotiklərə görə tutulan qadınların adlarına tez-tez rast gəlinir.

Modern.az Daxili İşlər Nazirliyinin 2012-ci ilin 1-ci yarımilliyinə dair hesabat-statistikasına istinadən bildirir ki, altı ayda qadınlar tərəfindən 948 cinayət hadisəsi törədilib. Bu, 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,5% çoxdur. Belə ki, ötən ilin altı ayında zərif cinsdən olanların 943 cinayəti qeydə alınmışdı.

Bu il insan alveri ilə bağlı cinayətlərə görə 34 qadın saxlanılıb. Öz həmcinslərini fahişəliyə cəlb edən qadınlar həmin cinayətləri törədənlərin 52,3%-ni təşkil ediblər.

Daxili İşlər Nazirliyinin məlumatına görə, bu il narkotiklərlə bağlı cinayətlərə görə məsuliyyətə cəlb olunanlardan 23-ü (1,8%) qadınlardır.

Ümumiyyətlə 2012-ci ilin 1-ci yarımilli ərzində 6821 şəxs cinayət məsuliyyətinə cəlb edilib ki, onlardan da 613-ü (9%) qadınlardır.

Qeyd edək ki, Azərbaycanda qadın məhkumlar Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində - “qadın koloniyası”nda cəza çəkirlər.
Hazırda həmin cəzaçəkmə müəssisəsində 350-dək qadın müxtəlif cinayətlərə görə cəza çəkir.

Məhbus həyatı yaşayan zərif cinsin nümayəndələri ən çox narkotik və psixortop maddələrin alqı-satqısı və daşınması ilə bağlı həbs olunublar. Bundan sonrakı yerdə ər qatilləri gəlir. Ailə münaqişəsi zəminində həyat yoldaşlarını qətlə yetirən qadınların sayı daha çoxdur.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?