Modern.az

Türkiyədə pulsuz ali təhsil qərarı azərbaycanlı tələbələrə də aiddirmi? - AÇIQLAMA

Türkiyədə pulsuz ali təhsil qərarı azərbaycanlı tələbələrə də aiddirmi? - AÇIQLAMA

Ölkə

29 Avqust 2012, 10:33

Türkiyədə ali təhsil pulsuz olub. Modern.az xəbər verir ki, bununla bağlı qərardan ikinci ali təhsil alanlar yararlana bilməyəcəklər. Belə ki, ikinci ali təhsil alanlar təhsil haqqı ödəyəcəklər.

Qərara əsasən, distant universitet təhsili alanlar da təhsil haqqından azaddırlar.  Bu təşəbbüslə bir müddət öncə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan çıxış edib. Beləliklə də, bu təşəbbüs gerçəkləşib.

Sözügedən qərarla Türkiyədə ali təhsil pulsuz oldu. Bəs bu qərardan Türkiyədə təhsil alan xarici tələbələr də yararlana biləcəklər? Qeyd edək ki, azərbaycanlı tələbələr də Türkiyədə ali təhsil alırlar. Azərbaycanlı tələbələrə də bu qərar şamil ediləcəkmi?

Türkiyə universitetlərinin Azərbaycandakı təmsilçisi, “Akademi” təhsil qurumlarının layihə rəhbəri və xaricdə təhsil üzrə ekspert Razi Vəliyev Modern.az-a bildirib ki, bu qərardan hələ ki, ancaq türklər yararlana biləcəklər.

“Xaricilərə şamil olunması hələ ki, məlum deyil. Bir sözlə, türkiyəli tələbələr öz ölkələrində pulsuz ali təhsil ala biləcəklər”.
Xaricdə təhsil üzrə ekspert azərbaycanlı tələbələrə bu qərarın necə təsir edəcəyi barədə öz ehtimallarını bildirib. O, qeyd edib ki, bu barədə dəqiq açıqlama yoxdur. Amma, bir neçə ehtimal mövcuddur. Ehtimallar isə bunlardır: bu qərar xarici tələbələrə də tətbiq oluna bilər.

“Keçmiş illərdə azərbaycanlı tələbələr Türklük Belgesi adı ilə səfirlikdən bir sənəd alırdı və türklər ödədiyi qədər pul ödəyirdi. İndi isə universitetlər pulsuz təhsili türk dövlətləri üçün də tətbiq edə bilər; xarici tələbələrin təhsil haqlarında endirim edilə bilər; xarici tələbələr üçün yeni bir qərar açıqlana bilər”.

Razi Vəliyev bildirib ki, bu ehtimalların hər biri mövcuddur. Sadəcə gözləmək lazımdır.

Sevinc İltifatqızı
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?