Modern.az

Erməni qadının haqlı sözü

Erməni qadının haqlı sözü

30 Avqust 2012, 10:22

Son vaxtlar Mircəfər Bağırov haqqında müxtəlif fikirlər səslənir. Ən əsası odur ki, araşdırmaçı Teyyub Qurbanın  böyük həvəs və şövqlə Mircəfər Bağırovun hakimiyyətdə olduğu illərdə günahının olmamasını subuta yetirmək çəhdidir ki, bu da heç bir dəlilə və fakta söykənmir.  Onun Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda hirslə dediyi  və heç bir fakta əsaslanmayan, məntiqsiz bir cümləsi hələ də yadımdadır:
“Məni iki bölüb Bakının girəcəyindən asın, əgər Mircəfər Bağırovun günahı varsa”.
Onda hamı təccübləndi, əcəb arqumentdi. Dediyi sozə Teyyub Qurbandan başqa  heç kəs inanmadi.
İcimdən bir duyğu yarandı, ictədim durum deyəm “məni də iki bölüb Bakının girəcəyindən asın, əgər Mircəfər Bağırovun günahı yoxdursa”. Dövrü mətbuatda  tez-tez səslənir “Mircəfər Bağırovu Azərbaycan yazıçılarını müdafiə eləyib, qoruyub.  Azərbaycanı fəlakətlərdən xilas edib”.
Əsas da bu arqumentlər onu müdafiə edənlərin, xususən Teyub Qurbanın  dilinin əzbəridir. Sual olunur:  Mircəfər Bağırov hansı yazıçıları qoruyub saxlayıb? Səməd Vurğunumu, Süleyman Rüstəmimi? Mircəfər Bağırov 1937, 1948, 1952-ci illərdə Səməd Vurğunu həbs etdirmək istəyib. Amma Moskva müdafiə eləyib. Səməd Vurğunun cavan yaşında xərçəng xəstəliyinə tutulması da Mircəfər Bağırovun qayğısının nəticəsi idi. M.Müşfiq, Ə.Cavad, S.Hüseyn, Y.V.Çəmənzənminli, V.Xuluflu, H.Cavid, T.Ş.Sümrux, Qantəmir, H.Hüseynov və neçə-neçə başqalarının amansızca məhvi, hətta onların ailələrinin, qohumlarının həbsi  M.Bağırovun  “qayığısının”  nəticəsi deyilmi?

Teyyub müəllimdən  soruşuram, Əhməd Cavad sovet hakimiyyəti üçün hansı təhlükəni yarada bilərdi. Onun arvadı Şükriyyə xanım Azərbaycanda hakimiyyəti devirmək gücündə idimi? Seyid Hüseyn inqilabdan qabaq ailə qurmamışdımı və onun bacanağının  qolcomaq olması onun ölümünə səbəb ola bilərmi? Bəlkə  Teyyub müəllim, Moskva bu adamları tanıyırdı?  Bunları Mircəfər Bağırov ələ vermirdimi? Bəlkə böyük alim Salman Mümtaz Azərbaycanda hakimiyyəti devirmək gücündə imiş? Bilirəm deyəcəksiniz, bu hadisələri Micəfər Bağırovun ətrafı törədirdi. Əgər sizin dediyiniz kimi, bu, belədirsə,  bəs M.Bağırovun böyüklüyü , uzaqgörənliyi, müdrikliyi harda idi?   Böyük adam belə hadisələri əvvəlçədən görməli deyildimi?

Əgər  Mircəfər Bağırovun  günahı yoxdursa, bəs  məhkəmədə nəyə görə  deyirdi ki, “məni iki hüssəyə bölüb Bakının girəcəyindən asın”. İndi siz də onu təqlid edib,  şaqqalanmaqdan danışırsınız?

Bilirəm, deyərsiniz ki, baş verənlər  o dövrün əsas tələbi idi. M. Bağırovun  səlahiyyətlərindən  kənar idi. Bəs böyük adam, bəs siyasətci adam? Moskva M.Müşfiqi hardan tanıyırdı? Nə olsa belə, bütün günahlar birincinin üzərinə düşür. Deyilən bir fikir də məni  daha çox  narahat edir, guya Azərbaycanı köçürülməkdən o, xilas edib? Bu məsələni çox şişirdirlər. əslində Azərbaycan üçün belə təhlükə olmayıb.

Deyirlər Mircəfər Bağırov Stalinin qapısını təpiklə açırmış. M.Bağırova mən o zaman böyük şəxsiyyət deyərdim ki, 1948-53 –cü illərdə Qərbi Azərbaycandan, öz  dədə-baba torpaqlarımızdan  100 min azərbaycanlının Kür-Araz ovalığına departasiyasının qarşısını ala biləydi, boyük və uzaqgörən idisə, Ermənistanda onlara muxtariyyət ala biləydi. Və yaxud Gürcüstanda yaşayan azərbaycanlılara  bir siyasi qurub, gerçəkləşməsinə nail  olaydı. O, bunların heç birini etməyibsə, necə böyük adam ola bilər?

Onu da demək lazımdır ki, M.Bağırov pis-yaxşı və ziddiyyətli şəxsiyyət kimi  Azərbaycan tarixində həmişə qalacaqdır.

Mircəfər Bağırov Qubada  ilahiyyətdən  dərs deyib. Əhməd Cavadın dostu olub. Əhməd Cavad da  Qubada ədəbiyyatdan dərs deyirdi. Hər ikisi musavatçı idi. Mircəfər  Bağırov Bakıya gəldi, bolşeviklər partiyasına üzv oldu, hakimiyyətə keçən kimi  onu musavatçı kimi tanıyanların hamısını  aradan götürdü. Birinci növbədə Əhməd Cavadı  məhv elədi.

Moskva hər hansı bir hadisədə necə hərəkət edibsə, Azərbaycanın  siyasi hakimiyyəti də o vasitədən  həmişə  istifadə edib.

M.Qorki rus ədəbiyyatında boyük ədəbi sima idi. O, son vaxtlar  sosializmin, mövcud siyasi hakimiyyətin mənasız bir sey olduğunu hiss edirdi. Stalin onu məhv edə bilməzdi. Onun nüfuzundan qorxurdu. İstəyirdi ki,  M.Qorki ölsün və partiya onu hörmətlə  yola salsın. Ancaq nə etməli? Partiya belə qərara gəldi ki, yoldaş M.Qorki  ölkə üçün çox böyük işlər görub,  ona görə də ona istirahət lazımdı. M.Qorkinin zorla istirahətə gondərdilər və Stalin xəstəxanaya gedəndə apardığı şirniyyatla onu zəhərlədi, M.Qorki öldü və bütün ölkə onun üçün göz yaşı tökdü və hakimiyyətdəkilər canlarını böyük yazıçını deyəcəyi həqiqətlərdən qurtardılar.

Azərbaycanda belə bir böyük  ədəbi sima Cəfər Cabbarlı idi. O, sovet hakimiyyətinin çürüklyünü hiss eləmisdi. Azərbaycan siyasi hakimiyyəti  buna görə  Cəfəri Cabbarlını  aradan götürmək istəyirdi. Ancaq necə?

1933-cü ildə Mircəfər Bağırov Azərbaycanda siyasi hakimiyyətə gəldi və 1934-cü ildə  dekabrın 31-də  Cəfər Cabbarlını Yeni il şənliyində zəhərlədilər. Partiya və olkə Cəfər Cabbarlı üçün  nə qədər istəsən göz yaşı tökdü və  beləliklə, hakimiyyətdəkilər  böyük sənətkarın qələmindən  qurtuldular.

Əslində M.Cəlil də, C.Cabbarlı da  37–ci il represiyanın ilk qurbanları idi.

Mir Cəfər Bağırov 1952-ci ildə “Azərbaycanın içtimai fikir tarixindən” kitabına görə iki dəfə SSRİ dövlət mükafatı laureatı, akademik Heydər Hüseynovun üstünə qışqırıb  demisdir: “Milçəyi əzsən, nəsə qalar, səni elə əzərəm ki, səndən heç nə qalmaz”. Və Heydər Hüseynova əmr edir ki, get özünü öldür məsələ qurtarsın. Heydər Hüseynov özünü öldürür. Buna nə deyirsən Teyyub  müəllim! Məgər Heydər Hüseynov Azərbaycanda hakimiyyəti devirəcəkdi?

M.Bağırov  xalqı qorumaqdan ötrü yox, vəzifəsini qorumaqdan ötrü ağıla gəlməyən hadisələri törədib.

Rusiyada və başqa resbubilkalarda bizdə ki, olmayıb.

Mikayıl Müşfiq tutulanda Həyat yoldaşı Dilbər dəli oldu, böyük bacısı özünü yandırdı. Kiçik bacısı Balacaxanım  müəllimə Müşfiqin arxasınca Bayıl həbsxanasına getdi və bir daha geri qayıtmadı.

Həmin illərdə Ömər Faiq Nemanzadəni də  tutmuşdular. Qızları Azərbaycan Yazıçılar İttifaqının sədri Mirzə İbrahimovun yanına gəlib atalarına kömək etməyini ondan  xahiş edirlər. Qapıçı da erməni qadını imiş.

Qızlar ağlaya-ağlaya pilləkənləri düşəndə erməni qadını soruşur:

- Bəs Mirzə müəllim sizə kömək eləmədi?

- Yox,  kömək edə bilmərəm, atanız pantürkçüdü–dedi.

Erməni qadını haqlı bir söz deyir.

- Çox qəribədir, bunlar (Azərbaycan hakimiyyəti) türkpərəstliyin  üstündə adamları güllələyirlər, ancaq  Nazim Hikməti gözlərinin üstə saxlayırlar.

Bundan sonra nəsə yazmağa  əlim gəlmədi. Axı nə yazım?

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?