Modern.az

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi martda lisenziya verməyə başlayacaq

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi martda lisenziya verməyə başlayacaq

4 Fevral 2010, 12:11

Dövlət Şəhərsalma və Arxitektura  Komitəsi martın ortalarından başlayaraq hüquqi və fiziki şəxslərə “Dövlət standartlarına uyğun olaraq, I və II məsuliyyət səviyyəli bina və qurğuların layihələndirilməsi“ fəaliyyət növü ilə məşğul olmaq üçün xüsusi lisenziyanın verilməsini həyata keçirəcək. Dövlət Komitəsindən Modern.az-a verilən məlumata görə, 30 dekabr 2009-cu il tarixinədək qeyd olunan fəaliyyət növü ilə məşğul olmaq üçün 50 hüquqi və 4 fiziki şəxsə xüsisi razılıq verilib.

Lisenziya verilməsinə başlanılan tarixdən bəri 40-a yaxın hüquqi və fiziki şəxs,qeyd olunan fəaliyyət növü ilə məşğul olmaq üçün müraciət  etsə də, onlar müvafiq kadr potensialına malik olmadıqlarından lisenziya ala bilməyiblər.

 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi