Hər iki böyrəyindən məhrum olan Xalq şairi Zəlimxan Yaqub oktyabrın 8-də Almaniyaya müalicə almağa gedəcək. Modern.az-a daxil olan özəl məlumata görə, müalicə xərcləri baha olduğu üçün xalq şairi Bakıxanov (keçmiş Razin) qəsəbəsindəki evini satmaq qərarına gəlib.
Özəl bilgiyə görə, hazırda ev satışa çıxarılıb və ona təcili alıcı axtarılır. Villanın qiyməti isə 800 min - 1 milyon dollar arasında dəyərləndirilir. Bu məlumatı saytımıza evin satılması işinə cəlb edilən dəllal da təsdiqləyib. O bildirib ki, hazırda mülkə müştəri axtarışındadırlar...
Məsələyə münasibət bildirən Zəlimxan Yaqub isə bur barədə ətraflı danışmaq istəmədi: “Elə şey yoxdur, ola da bilməz. Mənim bütün müalicə xərclərimi dövlət qarşılayır. Mən xərcə düşmürəm”.
S. İltifatqızı