Modern.az

Namiq Abbasov Modern.az-a danışdı - EKSKLÜZİV

Namiq Abbasov Modern.az-a danışdı - EKSKLÜZİV

15 Sentyabr 2012, 14:45

Eks-milli təhlükəsizlik naziri özü barədə yazılanlara aydınlıq gətirdi...

Keçmiş milli təhlükəsizlik naziri, Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Namiq Abbasov səhhəti ilə bağlı KİV-lərdə yayılan məlumatları təkzib edib. Eks-nazir N.Abbasov Modern.az saytına eksklüziv açıqlamasında bildirib ki, səhhətinə görə Azərbaycana  dönmək istəməsi barədə mediada yayılan məlumatların heç bir əsası yoxdur.

“Mətbuatda mənim haqqımda gedən məlumatlar əssasızdır və şayiədir. Səhhətim qaydasındadır.

Cənab Prezidentin mənə verdiyi səfir səlahiyyətlərini lazımi qaydada davam etdirirəm”-deyə Namiq Abbasov vurğulayıb.  

N.Abbasov hazırda vətəndə olduğunu deyib: “Hazırda Bakıdayam və prezidentin səfirlərlə keçirəcəyi illik toplantısında iştirak etmək üçün gəlmişəm”.

Xatırladaq ki,  bu gün KİV-də səfirin diplomatik missiyasını başa çatdırmaq istədiyi barədə məlumat yayılıb. Xəbərdə N.Abbasovun səhhəti ilə bağlı vəzifəsindən azad olunması üçün Prezidentə müraciət etdiyi qeyd olunub.

Eks-nazir 2004-cü ildən Özbəkistana səfir təyin edilib.  

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?