Modern.az

Azərbaycan Vyetnam və Avstraliyada səfirlik açmağa hazırlaşır

Azərbaycan Vyetnam və Avstraliyada  səfirlik açmağa hazırlaşır

17 Sentyabr 2012, 16:54

Yaxın zamanlarda Azərbaycanın bir neçə xarici ölkədə  səfirliyi  açılacaq. Bu barədə Modern.az saytına Xarici işlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev  bildirib:

“Hazırda  xarici ölkələrdə səfirliklərimizin  sayı  artmaqdadır.  Azərbaycanın xaricdə  75-ə yaxın diplomatik  nümayəndəliyi var. Xarici ölkələrin, həm də beynəlxalq təşkilatların  Azərbaycanda 55-dən çox  diplomatik  nümayəndəliyi var.  Azərbaycan  həm xaricdə, həm də Azərbaycanda diplomatik nümayəndəliklərinin  sayını artırır. Azərbaycan Respublikasının əhəmiyyəti  və  beynəlxalq miqyasda nüfuzu artdıqca, özünəməxsus yeri genişləndikcə,   ölkəmizdə  xarici  ölkələrin  və  təşkilatların diplomatik  nümayəndəlikləri açılır”.

E. Abdullayev bildirib ki, yaxın zamanlarda  Azərbaycanın Avstraliyada,  Vyetnamda, Omanda  və  bir sıra ölkələrdə yeni səfirliklərinin açılması  nəzərdə  tutulur:
“Azərbaycanın xaricdə səfirliklərin açılması ilə bağlı prezidentimizin  fərmanı var. Bu fərmana  uyğun olaraq,  bizim  diplomatik  nümayəndəliklərimiz  açılır və ora  müvafiq  diplomatik personal təyin olunur”.

Xarici ölkələrin Azərbaycanda səfirliklərinin açılmasına gəldikdə isə  mətbuat  xidmətinin rəhbəri əlavə edib ki, bu istiqamətdə hələ ki, konkret hansısa ölkədə səfirliyin açılması barəsində məlumat yoxdur:
“Bu barədə  dəqiq məlumat yoxdur,  burada ölkələr arasında  münasibətlərin genişlənməsi,   beynəlxalq  təşkilatların Azərbaycanda  rolunun artmasını xüsusi qeyd etmək olar.  Hər bir ölkə digər ölkələrdə səfirliyin açılmasını özü müəyyən edir və bundan  sonra da bizə  də məlumat verilir. Bu yaxınlarda  ölkəmizdə Qırğızıstanın, Argentinanın  səfirlikləri açılıb-deyə E. Abdullayev qeyd edib.

 

Nihadə Eyyubova

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?