Modern.az

Nazirlikdən özəl internet şirkətlərinə xəbər

Nazirlikdən özəl internet şirkətlərinə xəbər

18 Sentyabr 2012, 10:05

“Rayonlar üzrə özəl provayderlərin işləməsinə tam sərbəstlik verilib”. Bu sözləri Modern.az saytına açıqlamasında Rabitə və İnformasiya Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov bununla bağlı bir sıra özəl provayder şirkətləriniin tənqidlərini şərh edərkən deyib.

Nazirliyin sözçüsü  qeyd edib ki, hansısa provayderlərin bölgələrdə işləməsinə məhdudiyyət qoyulamyıb.

“Düzdür, hazırda rayonlarda “Aztelekom” geniş yayılıb. Amma bu o demək deyil ki, digərlərinə məhdudiyyət qoyulub. Hansı rayonda başqa provayder varsa istehlakçılar onlardan istifadə edə bilərlər. Bu məcburi deyil. Hər kəsin hüquqi var ki, öz provayderini sərbəst seçsin”.

M.Əmirov eyni zamanda ölkədə 60 faizdən çox internet istifadəçisinin olduğunu vurğulayıb. “Bunun 35 faizi genişzolaqlı internetdən istifadə edənlərdir. Rayonlar üzrə nə qədər internet istifadəçisinin olması statistikası aparılmır. Amma qeyd edim ki, bu göstəricidə ildən-ilə artım var”.

Azərbaycanın bölgələrində internet imkanları yalnız “Aztelekom” İstehsalat Birliyi tərəfindən təmin edilir. Bakıdan fərqli olaraq rayonlarda başqa provayderlərin istifadəsinə rast gəlinmir. Bunu isə onlara rayonlarda fəaliyyət göstərmək üçün qeyri-rəsmi icazə verilməməsi ilə əlaqələndirirlər.

İnternet xidməti göstərən bir sıra özəl provayderlər bölgələrə buraxılmadıqların şikayətlənirlər.

 

Aytən ƏLİYEVA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?