Azərbaycan Müdafiə Nazirliyinin Beynəlxaq əməkdaşlıq idarəsinin rəisi general-mayor Ramiz Nəcəfov Modern.az saytına açıqlamasında bu yaxınlarda azadlığa çıxan mayor Ramil Səfərovdan danışıb:
“Ramil Səfərov hazırda məzuniyyətdədir, ailə-məişət problemlərilə məşğuldur. Məzuniyyət müddəti başa çatan kimi o, peşəkar zabit olaraq xidməti fəaliyyətə başlayacaq”.
Lakin general Ramil Səfərovun hansı hərbi hissədə qulluq edəcəyini açıqlamaq istəməyib.
Sentyabrın 1-də müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Azərbaycan Ordusunun zabiti Ramil Səfərovu qəbul edərək, ona mayor rütbəsi verib və hərbi xidmətə bərpa edib.
Modern.az