Modern.az

Azərbaycanın Suriyadakı səfirliyi fəaliyyətini bərpa edir

Azərbaycanın Suriyadakı səfirliyi fəaliyyətini bərpa edir

Ölkə

25 Sentyabr 2012, 12:52

Suriyada baş verən məlum hadisələrlə bağlı Azərbaycanın bu ölkədəki səfirliyi bir müddət əvvəl fəaliyyətini dayandırmışdı. Səfirliyimiz oktyabr ayından başlayaraq öz fəaliyyətini yenidən bərpa edəcək. Bu barədə Modern.az saytına açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev məlumat verib.

“Avqust ayının əvvəlindən bizim səfir və səfirliyin əməkdaşları paytaxt Dəməşq şəhərini tərk ediblər. Bu müddət ərzində onlar məzuniyyətdə olublar. Təhlükəsizlik məsələləri ilə bağlı məzuniyyətlərini bir müddət uzadıblar və ölkəmizdə olublar. Səfir və səfirliyin əməkdaşları Suriyadakı diplomatik  fəaliyyətlərini Livanın paytaxtı Beyrutda həyata keçirəcəklər. Oktyabr ayının əvvəlində səfirin Beyruta yola düşməsi nəzərdə tutulur və oktyabr ayından səfirlik orada fəaliyyətinə başlayacaq”, – deyə E.Abdullayev bildirib.

Xatırladaq ki, Azərbaycanın Suriyadakı səfiri Mahir Əliyevdir.

Nihadə Eyyubova

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?