Modern.az

“Ola bilsin Fərhad Əliyev əfvlə bağlı prezidentə müraciət etsin”

“Ola bilsin Fərhad Əliyev əfvlə bağlı prezidentə müraciət etsin”

Ölkə

25 Sentyabr 2012, 15:38

“Ola bilsin Fərhad Əliyev əfvlə bağlı prezidentə müraciət etsin”. Bu sözləri Modern.az-a açıqlamasında  İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin sədri Elçin Behbudov eks-nazirlər Fərhad Əliyev və Əli İnsanovla həbsxanada keçirdiyi görüşləri barədə danışarkən deyib.  

“Hər bir məhbusun özünün əfv olunmasını istəməsi onun hüququdur. Əli İnsanov dünən nazir idisə, bu gün məhkum həyatı sürür. Ona görə Əli İnsanovun da, Fərhad Əliyevin də əfvlə bağlı müraciət etmək hüququ var. Onlar da bu hüquqdan istifadə edə bilər. Ola bilər ki, Fərhad Əliyev əfv üçün prezidentə müraciət etsin. Amma Əli İnsanovun əfvlə bağlı müraciətləri yalandır”.

Əli İnsanovun saxlanma şəraitindən dəfələrlə narazılıq etdiyini deyən komitə sədrinin sözlərinə görə, eks-nazirə qarşı münasibət heç də yaxşı deyil:

“Mən Əli İnsanov və Fərhad Əliyevlə şəxsən görüşmüşəm. Əli İnsanov dəfələrlə saxlanma şəraitindən şikayət edib. Onu 125 nəfərlik “barak”da adi dustaqların arasında saxlayırlar. Amma Fərhad Əliyevin saxlanma şəraitindən komitəyə şikayət olmayıb”.

Gültəkin Ələsgər

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?