Millət vəkili, “Böyük İpək Yolu” Gənclər İttifaqının sədri Fuad Muradov Bakıda afrikalı gənclərlə görüşüb. Modern.az xəbər verir ki, 27-29 iyun tarixlərində Bakıda Böyük İpək Yolu Beynəlxalq Gənclər Konqresinə start veriləcək. Deputat bu gün keçirdiyi görüşdə ittifaqın hazırki fəaliyyəti və gələcək perspektivi ilə bağlı geniş məlumat verilib.
Görüşdə həmçinin gələcəkdə Afrika gəncləri ilə baş tutacaq mədəniyyətlərarası dialoqu nəzərdə tutan əməkdaşlıq məsələləri müzakirə olunub. Məlumatları maraqla izləyən qonaqlar bunları öz ölkələrində təbliğ edəcəklərini bildiriblər. Bütövlükdə deputatın afrikalı gənclərlə görüşü maraqlı müzakirələrlə yadda qalıb.
Anar Kəlbiyev