Baş Prokurorluq Milli Məclisin deputatı Gülər Əhmdova ilə bağlı videoqalmaqala münasibət bildirib. Baş Prokurorluğun mətbuat xidmətindən Modern.az saytına daxil olan məlumatda bildirilib:
"Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev tərəfindən Milli Məclisin deputatı Gülər Əhmədova ilə bağlı kütləvi informasiya vasitələrində yayımlanmış videogörüntülərdə əks olunan məlumatların araşdırılması üçün Baş prokuror tərəfindən Bakı şəhər prokurorluğuna göstəriş verilmişdir.
Müvafiq ekspertizalar keçirildikdən və digər zəruri prosessual araşdırmalar aparıldıqdan sonra Cinayət-Prosessual Məcəllənin 207-ci maddəsinin tələblərinə uyğun qərarın qəbul edilməsi təmin olunacaqdır.
İctimaiyyətə əlavə məlumat veriləcəkdir".
Modern.az