Modern.az

"Sevinc Babayeva işdən çıxarıldı, prokurorluqda dindirilir” - Rəsmi Açıqlama

"Sevinc Babayeva işdən çıxarıldı, prokurorluqda dindirilir” - Rəsmi Açıqlama

28 Sentyabr 2012, 17:13

Gülər Əhmədova ilə Elşad Abdullayev arasındakı qalmaqalda adı keçən kitabxana direktoru Sevinc Babayeva barədə rəsmi açıqlama verildi.

Deputat Gülər Əhmədova ilə bağlı qalmaqalda M.Ə.Sabir adına şəhər kitabxanasının direktoru Sevinc Babayevanın da adı keçir. Məlum videomaterialda S.Babayeva fəaliyyəti dayandırılmış ABU-nun sabiq rektoru Elşad Abdullayevin deputat mandatı qazanması üçün vasitəçilik edən şəxs kimi təqdim olunub.

“Sevinc Babayeva hüquq-mühafizə orqanları tərəfindən dindirilir”. Bu barədə Modern.az-a Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Samid Rzayev məlumat verib. Onun sözlərinə görə, S. Babayeva artıq bir neçə gündür ki, işə də gəlmirdi:

“O məlum videogörüntünün yayılmasından sonra hüquq-mühafizə orqanları tərəfindən dindirilir”.

S. Rzayev onu da bildirib ki, Sevinc Babayeva ilə əmək müqaviləsi də uzadılmayacaq. Bu isə onun işdən çıxarılması deməkdir:

“Bizimlə müqaviləsi oktyabrın ortalarına qədər idi. O öz işində nöqsanlar buraxdığı üçün biz müqaviləni vaxtını uzatmadıq. Əslində müqaviləyə görə, o, iş başında olmalı idi, artıq işə gəlmirdi”.

Dünənədək M.Ə.Sabir adına kitabxananın direktoru vəzifəsində çalışan S. Babayeva Gülər Əhmədovanın rüşvət qalmaqalında vasitəçi kimi çıxış edib.

S.İltifatqızı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?