Azərbyacanın Özbəkistana yeni səfir təyinatının razılaşdırıldığı barədə Modern.az bir neçə gün öncə yaydığı məlumatda bizdən asılı olmayan səbəblərdən müəyyən yanlışlığa yol verilib. Sayt eks-deputat Hüseyn Abdullayevin Özbəkistana səfir göndəriləcəyini yazıb. Qeyd edək ki, saytımız mötəbər mənbələrdən aldığı bu məlumatı təqdim edərkən gələcək səfirin kimliyi düzgün təqdim olunmayıb. Məlumatı yenidən araşdıraraq bir sıra detalları dəqiqləşdirə bildik.
Modern.az-ın dəqiqləşdirmələrindən sonra bəlli olub ki, Azərbaycanın Özbəkistana təyin edəcəyi yeni səfiri Hüseyn Abdullayev yox, Xarici İşlər Nazirliyinin idarə rəisi Hüseyn Quliyevdir. Bu təyinat uzun illərdir XİN sistemində çalışan Hüseyn Quliyevin səfir kimi ilk postu olacaq.