Bakı şəhər İcra Hakimiyyəti müxalifətin 13 oktyabr mitinqinə icazə verib. Bu barədə Modern.az saytına Müsavat başqanının müavini Gülağa Aslanlı məlumat verib. G.Aslanlının sözlərinə görə, Bakı meriyası İctimai Palatanın yürüş-mitinq keçirməklə bağlı müraciətinə cavab verib.
“Bakı şəhər İcra Hakimiyyəti bizim yürüşlə bağlı müraciətimizə rəsmi cavab verib. Onlar yürüşə icazə verməsələr də, İctimai Palatanı 20-ci sahədə mitinq keçirməyə dəvət ediblər. Biz hazırda Koordinasiya Şurasında bu məsələni müzakirə edirik”,- deyə G.Aslanlı bildirib.
Qeyd edək ki, İctimai Palata oktyabrın 13-də vaxtilə Məşədi Əzizbəyovun heykəlinin olduğu ərazidən başlayaraq, Milli Məclisin önünə qədər yürüş-mitinq keçirilməsi üçün Bakı şəhər İcra Hakimiyyətinə rəsmi müraciət ünvanlamışdı.
Anar RÜSTƏMOV