Türkiyə prezidenti Abdullah Gülün aylıq maaşının artırılması ilə bağlı qərar verilib. Modern.az-ın türk mətbuatına istinadən verdiyi məlumata görə, A.Gülün əməkhaqqı 3 min 750 lirə artırılaraq 37 min 250 lirə ( 18 min 625 AZN) olub.
Qeyd edilib ki, indiyədək Türkiyə prezidenti Abdulla Gülün rəsmi şəkildə aldığı maaşın məbləği 37 min 250 lirə təşkil edib. Həmçinin bildirilib ki, prezidentin 2013-ci il büdcəsi 157 milyon 560 min lirə olacaq.
Modern.az