Modern.az

İşlənmiş avtomobillərin Azərbaycana gətirilməsi dayandırılacaq

İşlənmiş avtomobillərin Azərbaycana gətirilməsi dayandırılacaq

Ölkə

12 Fevral 2010, 14:05

st1:*{behavior:url(#ieooui) }

Modern.az xəbər verir ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov fevralın 12-də YAP-ın qərargahında mətbuat konfransı keçirib. 

O, qeyd edib ki, ötən il yeni standartların qəbulu baxımından da zəngin olub. Ölkəmizdə 70-ə yaxın milli standart qəbul olunub. Komitə sədri bildirib ki, ötən il dövlət nəzarət tədbirləri nəticəsində 100-dən artıq müəsissədə nöqsanlar aşkar olunub və məhsul istehsalı dayandırılıb: “Nəzarət tədbirləri nəticəsində, ümumi dəyəri 90 min manata yaxın olan, 340 məhsulun partiyasının satışı qadağan olunub. Təsərrüfat subyektlərinə 277 iradnamə, 433 tələbnamə göndərilib. Ciddi nöqsanlara yol verən müəsissələr haqqında 118 protokol tərtib edilib, 76 min 475 manat məbləğində cərimə tətbiq olunub. İnsan həyatı üçün təhlükəli olan 40 tona yaxın qənnadı, 1 ton düyü, 10 ton balıq konserviləri, 60 min litr alkaqolsuz içkilər, 7,3 ton un, 10 ton süd məhsulları, 8,5 ton tərəvəz məhsulları dövriyyədən çıxarılıb”. R.Həsənov vurğulayıb ki, istehlakçıların çoxsaylı müraciətlərini nəzərə alaraq, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi 2009-cu ildə 45 yanacaqdoldurma məntəqəsində və iki neft bazasında neft məhsullarının keyfiyyətinə dövlət nəzarətini həyata keçirib. Aparılan araşdırmalar zamanı 26 yanacaqdoldurma məntəqəsində satılan yanacağın mövcud standartların tələbinə cavab vermədiyi aşkar olunub, lazımi tədbirlər görülüb.

R.Həsənov deyib ki, bu ilin iyulundan başlayaraq Azərbaycanda yanacağın keyfiyyəti ilə bağlı “Avro-2” standartı tətbiq olunacaq. İdxal olunan avtomobillərin mühərrikindən havaya buraxılan qaz da “Avro-2” standartına uyğun olmalıdır: “Əgər Azərbaycana idxal olunan avtomobillərdən havaya buraxılan qaz da “Avro-2” standartına uyğun deyilsə, o avtomobillərin də idxalına qadağa qoyulacaq”. Dövlət Komitəsinin sədri bu ilin iyulundan ölkəyə köhnə avtomobillərin idxalının dayandırılacağını söyləyib. R.Həsənov vurğulayıb ki, Azərbaycanda standartlara uyğun olmayan avtomobillər əsasən 10-15 ilin avtomobilləridir. Hazırda qadağan olunacaq avtomobillərin istehsal ili müəyyənləşdirilir ki, yaxın gələcəkdə Nazirlər Kabineti müvafiq qərar qəbul edəcək.

                                               

 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi