Modern.az

Nazir Zeynəb Xanlarovanın sualına cavab verdi

Nazir Zeynəb Xanlarovanın sualına cavab verdi

Ölkə

15 Noyabr 2012, 12:49

Modern.az-ın əməkdaşı parlamentdən bildirir ki, Milli Məclisin büdcə müzakirələri ilə bağlı bügünkü iclasında maliyyə naziri Samir Şərifov deputat, xalq artisti Zeynəb Xanlarovanın ona ünvanladığı suala cavab verib.

Nazir millət vəkilinin “Xahiş edirəm, mənə deyin, bu büdcənin müəllimlərimizə, əlillərimizə, pensiyaçılarımıza, həkimlərimizə xeyri olacaqmı?” sualına cavabında bildirib ki, gələn ilin dövlət büdcəsinin bu insanlara müsbət təsiri olacaq, narahatlığa əsas yoxdur.

“ Bəli, 2013-cü ildə dövlət büdcəsinin artımı həmin peşə sahiblərinə aid ediləcək. 2004-cü ildən başlayaraq əmək haqları 11 dəfə artırılıb. 2013-cü ildə də əmək haqlarının artırılması ənənəsi davam etdiriləcək".

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?