Modern.az

Rüstəm İbrahimbəyov: “Bu, köhnə ittihamlardır, əsassız çıxışlara cavab verməyə vaxtım yoxdur”

Rüstəm İbrahimbəyov: “Bu, köhnə ittihamlardır, əsassız çıxışlara cavab verməyə vaxtım yoxdur”

15 Noyabr 2012, 18:21

“Bu, köhnə ittihamlardır. Onları dəfələrlə deyiblər və cavablarını da alıblar. Mənim hər dəfə onların bu cür çıxışlarına cavab verməyə vaxtımda yoxdur”.

Yazıçı-dramaturq Rüstəm İbrahimbəyov YAP-ın mətbu orqanı olan “Yeni Azərbaycan” qəzetində onun haqqında söylənən fikirlərə münasibətini bu cür bildirib. Modern.az-a açıqlama verən R. İbrahimbəyovun sözlərinə görə, bunlar dəfələrlə yoxlanılıb və bu ittihamlara cavab verilib.
““Azadlıq” qəzeti yazıb və müstəqil ekspertlər də yoxlayıblar görüblər ki, səsləndirilən ittihamlar böhtandır. İttifaqın belə bir restoranı olmayıb. Əslində belə bir restoran olub, amma ittifaqa məxsus deyil”, – deyə Rüstəm İbrahimbəyov bildirib.

Qeyd edək ki, “Yeni Azərbaycan” qəzetindəki məqalədə “Daşnaksütyun” partiyasının fəallarından olan Roman Balayanın R.İbrahimbəyovla möhkəm dostluq əlaqələri olan yeganə erməni olmadığı qeyd edilir. Məqalədə deyilir ki, “Azərbaycan və azərbaycanlıların “problem”lərindən bəhs edən İbrahimbəyov, yaxşı olar ki, öz əməllərinə nəzər salsın, Azərbaycan Kinematoqrafçılar İttifaqının mənimsədiyi 83 min dollardan, ittifaqa məxsus “Şərq-Qərb” restoranının yerini satıb pulunu ələ keçirməsindən, qurumun Şəkidə, Mingəçevirdə sanatoriyalarını, Bakıda H. Seyidbəyli küçəsində ittifaqın əməkdaşları üçün inşa olunmuş binanı satmasından, “Şərq-Qərb” festivalı üçün tikilmiş qonaq evini özününküləşdirməsindən, bu festival üçün ayrılan vəsaiti mənimsəməsindən və digər qeyri-qanuni əməllərindən danışsın”.

 

Şəhanə Rəhimli

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?